Page 123 - "Xəzər"
P. 123
“Belə Bulqakov sovet teatrına lazım deyil”, – pyeslərimi qadağan edəndə
tənqidçilərdən biri yazmışdı.
Sovet teatrına lazım olub-olmadığımı bilmirəm, ancaq sovet teatrı mənə
hava-su kimi lazımdı.
***
Sovet Hökumətindən xahiş edirəm, payıza qədər məni xaricə buraxsın və
arvadım Lyubov Yevgenyevna Bulqakovanın məni müşayiət etməsinə icazə versin.
Ciddi xəstə olduğuma görə mənimlə yaxın adam getməlidi. Mən tək olanda
vahimələnirəm.
Bu məktuba nəsə əlavə izahat lazım olsa, məni çağıran şəxsə verə bilərəm.
İosif Vissarionoviç, məktubun sonunda Sizə demək istəyirəm ki, şəxsən
Sizin yanınıza çağırılmağımı bir yazıçı kimi arzulayıram.
İnanın, ancaq ona görə yox ki, bunda özüm üçün xeyir güdürəm, çünki 1930-
cu ilin aprelində mənimlə telefon söhbətiniz yaddaşımda dərin iz qoyub.
Siz dediniz: “Bəlkə, doğrudan da sizə xaricə getmək lazımdı...”
Mən xoş sözlər eşitməyə alışmamışam. Bu sözlərdən təsirlənib, SSRİ
teatrlarında bir il vicdanla işləmişəm.
M.Bulqakov
V.V.VERESAYEVƏ
22–28 iyul 1931-ci il
Moskva
Əziz Vikenti Vikentyeviç!
...Doğrudan, biz niyə belə az-az görüşürük? O ağır ildə, darmadağın
edildiyim, kartda hər dəfə eyni şey – hər şeyə nöqtə qoyub başına güllə çax – çıxdığı
vaxt Siz gəlib mənə ruh verdiniz...
Üstümdən sıxıntı yükünü götürdüyünüzə görə çox sağ olun30...
Vikenti Vikentyeviç! Diqqətlə oxuyub mənə məsləhət verin.
Məni bir bədbəxtlik üzür. O da Baş katiblə söhbətimin alınmamasıdı. Bu
dəhşət məni öldürəcək. Mən lap qısa müddətə də olsa başqa ölkələri görməyi çox
istəyirəm. Bu fikirlə oyanıb, bu fikirlə yatıram.