Page 122 - "Xəzər"
P. 122
Səhiyyə mədəniyyəti institunun səyyar teatrında tamaşa hazırlamışam (onu
iyulda başa çatdırmışam).
Gecələr isə yazmışam.
Ancaq taqətdən düşmüşəm.
***
İndi mənim bütün təəssüratlarım yeknəsək, fikirlərim dolaşıqdı, içim qüssə
və istehzayla zəhərlənib.
Yazıçı kimi fəaliyyət göstərdiyim illərdə partiyanın üzvü olanlar da,
olmayanlar da bir ağızdan beynimə yeridirdilər ki, ilk sətri yazıb çap elətdirəndən
ömrümün axırına kimi heç vaxt başqa ölkələri görməyəcəyəm.
Əgər belədirsə – üfüqlər üzümə qapanıb, ən yaxşı yazıçılıq məktəbi əlimdən
alınıb, özüm üçün böyük məsələləri həll etmək imkanından məhrum olmuşam.
Məhbus psixologiyasına alışmışam.
Ölkəmi – SSRİ-ni necə tərənnüm edim?
***
Sizə yazmamışdan əvvəl hər şeyi ölçüb-biçmişəm. Mənə dünyanı görmək və
görüb qayıtmaq lazımdı. Hər şeyin açarı bundadı.
İosif Vissarionoviç, Sizə bildirirəm ki, xaricdə olmuş böyük incəsənət
xadimləri mənə ciddi xəbərdarlıq ediblər ki, orda qalmağım mümkün deyil.
Mənə xəbərdarlıq ediblər ki, əgər Hökumət üzümə qapıları açsa, son dərəcə
ehtiyatlı olmalıyam ki, arxamca qapıları çırpıb, geriyə yolumu bağlamayam,
pyeslərimin qadağan olunmasından da betər fəlakətlə üzləşməyəm.
Mənim işimlə ciddi maraqlananların ümumi rəyinə görə SSRİ-dən başqa heç
harda yaşaya bilmərəm, çünki 11 il ondan bəhrələnmişəm.
Mən belə xəbərdarlıqlara həssasam, ən tutarlısı da xaricdə olmuş arvadımın
xəbərdarlığıdı; mən xaricə getmək istəyəndə, o bildirdi ki, xaricdə qalmaq istəmir
və mən bir ilin içində orda qüssədən ölərəm.
(Mən heç vaxt xaricdə olmamışam. Böyük Sovet Ensiklopediyasında mənim
xaricdə olduğuma dair məlumat yanlışdı.)