Page 121 - "Xəzər"
P. 121
Bildirirəm ki, il yarım susqunluqdan sonra beynimdə çox güclü yeni ideyalar
yaranıb və Hökumətdən xahiş edirəm, onları həyata keçitməyimə imkan yaratsın.

1930-cu ilin sonlarından əsəb xəstəliyinin ağır formasından əzab çəkirəm,
tez-tez vahimələnirəm, sinəmdə ağrılar olur, hal-hazırda vəziyyətim heç yaxşı deyil.

Mənim ideyalarım var, ancaq işləmək üçün gücüm, heç bir şəraitim yoxdu.
Xəstəliyimin səbəbi mənə çox yaxşı məlumdu:
Rusiyanın geniş ədəbi meydanında mən yeganə ədəbiyyat yalquzağı idim.
Mənə dərimi rəngləməyi məsləhət gördülər. Mənasız məsləhətdi. Rənglənmiş
canavar, ya qırxılmış canavar, dəxli yoxdu, onsuz da pudelə oxşamayacaq.
Mənimlə də canavar kimi davrandılar. Çəpərlənmiş ədəbiyyat bağçasında bir
neçə il ora-bura qovdular.
Mən heç kimə kin bəsləmirəm, ancaq çox yorulmuşam və 1929-cu ilin
sonlarında yorğan-döşəyə düşdüm. Axı yırtıcı da yorula bilər.
Yırtıcı dedi ki, o daha canavar deyil, ədəbiyyatçı deyil. Öz sənətindən imtina
eləyir. Susacaq.
Açıq danışaq ki, bu, qorxaqlıqdı. Elə yazıçı yoxdu ki, susa bilsin. Əgər
susursa, demək, əsl yazıçı deyil.
Əsl yazıçı sussa – məhv olar.
Mənim xəstəliyimin səbəbi – uzun illərin təqibi, sonra isə susmaqdı.

***
Son il mən bunları eləmişəm:
böyük çətinliklərə baxmayaraq Qoqolun “Ölü canlar”ını pyesə çevirdim,
bu pyesin Bədaye Teatrındakı məşqlərində rejissor işləmişəm,
elə həmin məşqlərdə xəstələnən aktyorun əvəzinə oynamışam,
bu ilin bütün tədbirlərində, inqilabi bayramlarda Bədaye Teatrında rejissor
olmuşam,
Moskva Fəhlə Gənclər Teatrında qulluq eləmişəm, gündüz Bədaye
Teatrında, axşamlar FGT-da çalışmışam.
Hiss eləyəndə ki, beynim işləmir, FGT-na xeyrim dəymir, 15.III.1931-ci ildə
FGT-dan getmişəm.
   116   117   118   119   120   121   122   123   124   125   126