Page 119 - "Xəzər"
P. 119
Mən EZAM OLUNMAĞIM BARƏDƏ ƏMRİ xüsusi vurğulayıram, çünki
təcrübəli mütəxəssis kimi SSRİ-də faydalı ola biləcəyim yeganə sahədə iş tapmaq
cəhdlərimin hamısı uğursuzluğa düçar olub. Mənim adım o qədər xoşagəlməz olub
ki, tərəfimdən iş təklifi QORXU yaradır, baxmayaraq ki, Moskvadakı çox sayda
aktyor və rejissorlara, həmçinin teatr direktorlarına səhnəni necə ustalıqla bilməyim
yaxşı məlumdu.

Mən Sovet Hökumətinə sədaqətli, ziyankarlığı ağlına belə gətirməyən,
Şekspirdən tutmuş müasir pyeslərə qədər istənilən əsəri vicdanla tamaşaya qoymağa
hazır olan rejissor və aktyor təklif edirəm.

Xahiş edirəm məni K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenko kimi
sənətkarların rəhbərlik etdiyi Bədaye Teatrına laborant-rejissor təyin etsinlər.

Əgər məni rejissor təyin etməsələr, statist ştatına razıyam. Əgər statist də
mümkün deyilsə, səhnə fəhləsi vəzifəsinə razıyam.

Əgər bu da mümkün deyilsə, xahiş edirəm, Sovet Hökuməti mənimlə özü
bildiyi kimi rəftar eləsin, ancaq nəsə eləsin, çünki mənim, 5 pyes yazmış, SSRİ-də
və xaricdə tanınan dramaturqun səfaləti, məhvi hal-hazırda göz qabağındadır28.

M.Bulqakov.

K.S.STANİSLAVSKİYƏ
6 avqust 1930-cu il
Moskva

Hörmətli Konstantin Sergeyeviç!
Çox çətin keçən iki ildən sonra xəstə əsəblərimi müalicə etdirdiyim Krımdan
qayıdıb Sizə məktub yazıram:
Pyeslərimin qadağan olunması məni məcbur etdi ki, artıq dramaturq kimi
işləməyim mümkün deyilsə xaricə buraxılmağım, ya da SSRİ teatrlarında rejissor
işləməyimə imkan verilməsi xahişiylə Sovet Hökumətinə müraciət edim.
Yeganə əla teatr var. O sizə yaxşı tanışdı.
Sovet Hökumətinə məktubumda belə yazmışdım: “Stanislavski və
Nemiroviç-Dançenko kimi sənətkarların rəhbərlik etdiyi ən yaxşı teatrda işləmək
   114   115   116   117   118   119   120   121   122   123   124