Page 118 - "Xəzər"
P. 118
Sovet Hökumətindən xahiş edirəm, mənim siyasi xadim yox, yazıçı
olduğumu və bütün məhsulumu sovet səhnəsinə verdiyimi diqqətə alsın.

Xahiş edirəm sovet mətbuatında haqqımda dərc edilmiş iki rəyə fikir
verəsiniz.

Hər ikisi əsərlərimin barışmaz düşmənləri tərəfindən yazıldığına görə çox
qiymətlidi.

1925-ci ildə yazılmışdı:
“HƏTTA ÖZÜNÜ BU YOLUN YOLÇUSU KİMİ GÖSTƏRMƏYƏ BELƏ
CAN ATMAYAN bir yazıçı peyda olub”. (L.Averbax, “İzv.”, 20 /IX – 1925-ci il).
1929-cu ildə isə yazılıb:
“Onun istedadı yaradıcılığındakı sosial mürtəcelik qədər göz qabağındadır”
(R.Pikel, “İzv.”, 15/IX – 1929-cu il).
Xahiş edirəm nəzərə alasınız ki, başdansovdu yazmaq mənim üçün diri-diri
basdırılmağa bərabərdi.

9

SOVET HÖKUMƏTİNDƏN XAHİŞ EDİRƏM ARVADIM LYUBOV
YEVGENYEVNA BULQAKOVANIN MÜŞAYİƏTİYLƏ SSRİ-ni TƏCİLİ
TƏRK ETMƏYİM HAQQINDA ƏMR VERƏSİNİZ.

10

Sovet hakimiyyətinin insansevərliyinə güvənərək xahiş edirəm məni, öz
vətənində faydalı ola bilməyən yazıçını alicənablıq göstərib azadlığa buraxasınız.

11

Əgər yazdıqlarım da sizi qane etmirsə və məni SSRİ-də ömürlük susmağa
məhkum edəcəklərsə, Sovet Hökumətindən xahiş edirəm, mənə öz ixtisasım üzrə iş
verib, rejissor kimi teatra ezam etsin.
   113   114   115   116   117   118   119   120   121   122   123