Page 117 - "Xəzər"
P. 117
6

Mənim ədəbi portretim tamamlandı, bu həm də mənim siyasi portretimdi.
Onda nəsə bir kriminal axtarmaq barədə heç nə deyə bilmərəm, ancaq bir şey xahiş
edirəm: ondan kənarda heç nə axtarmayın. O tamamilə vicdanla yerinə yetirilib.

7

Mən indi məhv edilmişəm.
Mənim məhv edilməyim sovet ictimaiyyəti tərəfindən sevinclə qarşılanıb və
“NAİLİYYƏT” adlandırılıb.
R.Pikel mənim məhvimi qeyd edərək (“İzv.”, 15/IX 1929-cu il), liberal fikir
söyləyib:
“Biz bununla demək istəmirik ki, Bulqakovun adı sovet dramaturqlarının
siyahasından silinib”.
Məhv edilmiş yazıçıya hələ ümid də verib ki, “söhbət onun keçmiş dram
əsərlərindən gedir”.
Ancaq həyat Başrepetkomun şəxsində sübut etdi ki, R. Pikelin liberalizmi
heç nəyə əsaslanmır.
18 mart 1930-cu ildə Başrepetkomdan qısaca bir məktub aldım ki, keçmiş
yox, mənim yeni pyesim “Molyer”in TAMAŞASINA İCAZƏ VERİLMİR.
Qısaca deyirəm: iki sətirlik rəsmi kağızla – kitabxanalardakı əziyyətim,
mənim fantaziyam, təcrübəli teatr mütəxəsislərindən alınmış saysız-hesabsız rəylər
– gözəl bir pyes dəfn olundu.
R.Pikel yanılır. Mənim nəinki keçmiş əsərlərim, indiki və gələcək əsərlərim
də məhv olub. Şəxsən öz əlimlə şeytan haqqındakı romanımı, komediyamın
əlyazmasını və “Teatr” romanını sobaya atdım27.
Əsərlərimin taleyilə bağlı heç nəyə ümid bəsləmirəm.

8
   112   113   114   115   116   117   118   119   120   121   122