Page 116 - "Xəzər"
P. 116
drinə əzab çəkdirən mənim xalqımın pis xüsusiyyətlərinin təsviri də onunla
bağlıdı.

M.Bulqakovun satirasını – “BÖHTAN” adlandırmaqla məşğul olan Sovet
mətbuatının bunlara ciddi yanaşmadığı haqda heç danışmağa da dəyməz.

Yalnız bir dəfə, mənim yenicə tanınmağa başladığım vaxtlarda təkəbbürlə
qeyd olunmuşdu: “M.Bulqakov dövrümüzün satiriki olmaq istəyir” (“Kniqoşa”, №
6, 1925-ci il).

Əfsus, “istəyir” feli nahaq indiki zamanda verilib. Onu nəqli keçmişdə
vermək lazımdı: M.Bulqakov SSRİ-də məhz əsl (qadağan olunmuş sahələrə nüfuz
edən) satira qətiyyən mümkün olmadığı dövrdə SATİRİK OLMUŞDU.

Mətbuatda bu kriminal fikri səsləndirmək mənə qismət olmayıb. O,
V.Blyumun məqaləsində (№ 6, “Lit. Qəz.”) bütün çılpaqlığıyla öz əksini tapıb və
məqalənin mənası bir cümləylə çox gözəl və çox dəqiq ifadə olunur:

SSRİ-də HƏR BİR SATİRİK SOVET QURULUŞUNA QƏSD ELƏYİR.
Mənə SSRİ-də yer olarmı?

5

Və nəhayət, mənim məhv edilmiş “Turbinlərin güzəranı”, “Qaçış”
pyeslərimdə və “Ağ qvardiya” romanımdakı sonuncu xüsusiyyətim: rus ziyalılarının
bizim ölkədə ən yaxşı təbəqə kimi inadla təsvir olunması. Əsasən də, taleyin
qaçılmaz hökmüylə vətəndaş müharibəsi illərində ağ qvardiyanın düşərgəsinə
atılmış zadəgan ailəsindən çıxan ziyalıların “Hərb və sülh” ənənələrində təsviri. Belə
təsvir ziyalılarla canı və qanıyla bilavasitə bağlı olan bir yazıçı üçün tamamilə
təbiidi.

Ancaq bu cür təsvir ona gətirib çıxarır ki, əsərlərin müəllifi öz
qəhrəmanlarıyla bərabər SSRİ-də – QIRMIZILARA və AĞLARA EYNİ
MÜNASİBƏT BƏSLƏMƏSİNƏ BAXMAYARAQ – ağqvardiyaçı-düşmən
şəhadətnaməsi alır, onu alanda isə hamı kimi başa düşür ki, özünü SSRİ-də sonu
çatmış adam hesab eləyə bilər.
   111   112   113   114   115   116   117   118   119   120   121