Page 114 - "Xəzər"
P. 114
ILDI, GÖRÜM UĞURU XEYİR OLMASIN, PUL ÜZÜNƏ HƏSRƏT
QALSIN...” (“İNCƏSƏNƏT həyatı”, № 44 – 1927-ci il).
Yazırlar ki: “Fəhlə sinfinin üstünə və kommunist ideallarına öz zəhərli
seliyini axıdan Bulqakov həmişəki kimi YENİ BURJUA CİNSİ olaraq qalacaqdır”.
(“Koms. pravda” – 14/X. 1926-cı il).
Yazırlar ki: “Hansısa dostun kürən arvadıyla KÜRSƏYƏ gəlmək
məclislərini xoşlayıram” (A.Lunaçarski, “İzvestiya”, 8/X – 1926-cı il) və mənim
“Turbinlərin güzəranı” pyesim ÜFUNƏT qoxuyur” (1927-ci ilin mayında Təşviqat-
təbliğat bürosundakı iclasın stenoqrammasından) və sairə...
Tezcə də məlumat verim ki, sitat gətirməklə heç də tənqidə görə
gileylənmək, ya kiminləsə polemikaya girmək fikrində deyiləm. Məqsədim – daha
ciddidir.
Mən əlimdəki sənədlərlə sübut edirəm ki, SSRİ-dəki bütün mətbuat və
onunla birlikdə repertuara nəzarət eləyən bütün idarələr ədəbi fəaliyyət göstərdiyim
illər ərzində QƏZƏBLƏ birağızdan sübut etməyə çalışıblar ki, Mixail Bulqakovun
əsərləri SSRİ-də mövcud ola bilməz.
Mən də bildirirəm ki, SSRİ mətbuatı TAMAMİLƏ HAQLIDI.
3
Bu məktubun yazılmasına “Al qırmızı ada” pamfletim təkan verdi.
SSRİ-də istisnasız olaraq bütün tənqid bu pyesin üstünə düşdü ki, o,
“istedadsız, zəif” əsərdi və “inqilaba həcvdi”.
Yekdillik qəfildən və çox qəribə tərzdə pozuldu.
“Repert. Büll.”-də (№ 12, 1928-ci il) P.Novitskinin resenziyası çap olundu,
orda yazılmışdı ki, “Maraqlı və kəskin parodiya” olan “Al qırmızı ada”da bədii
yaradıcılığı əzən, KÖLƏ, MƏNASIZCASINA YALTAQ DRAMATURGİYA
ŞTAMPLARI yetişdirən, aktyorun, yazıçının şəxsiyyətini məhv eləyən Böyük
İnkvizitorun məşum kölgəsi görünür” və “Al qırmızı ada”da QUL, YALTAQ,
MƏDDAH tərbiyə eləyən məşum qüvvədən söhbət gedir...”