Page 115 - "Xəzər"
P. 115
Sonra deyilirdi ki, “əgər belə pis qüvvə mövcuddursa, BURJUAZİYANIN
MƏDH ETDİYİ DRAMATURQUN QƏZƏBLİ VƏ KƏSKİN DİLİ ÖZÜNÜ
DOĞRULDUR”.
İcazənizlə soruşaq – həqiqət hardadı?
“Al qırmızı ada” nəhayətdə nədi? – “Zəif bir pyesdir”, ya “kəskin pamflet”?
Həqiqət Novitskinin resenziyasındadı. Pyesimin nə qədər kəskin olduğunu
mən deyə bilmərəm, ancaq etiraf edirəm ki, pyesdə doğrudan da məşum kölgə
görünür və bu kölgə Baş Repertuar Komitəsinindi. Qulları, məddahları,
hürküdülmüş “yaltaqları” məhz o yetişdirib. Məhz odur yaradıcı düşüncələri məhv
edən. O, sovet dramaturgiyasını məhv edir və məhv edəcək.
Mən bu fikirləri künc-bucaqda pıçıltıyla ifadə eləməmişəm. Mən onları
dramatik pamfletə salmışam və bu pamfleti səhnəyə qoymuşam. Sovet mətbuatı
Başrepkomitəsini müdafiə edərək, “Al qırmızı ada”nın inqilaba həcv olduğunu
yazıb. Bu, qeyri-ciddi söhbətdi. Pyesdə inqilaba həcv bir çox səbəbdən yoxdu,
uzunçuluq etməməkdən ötrü onlardan birini göstərəcəyəm: inqilabın
möhtəşəmliyinə görə ona həcv yazmaq MÜMKÜN DEYİL.
Alman mətbuatı yazanda ki, “Al qırmızı ada” – “SSRİ-də söz azadlığına ilk
çağırışdı” (“Molodaya qvardiya” № 1, 1929-cu il), o, həqiqəti yazır. Mən bunu etiraf
edirəm. Hansı hakimiyyət olur-olsun, söz azadlığına çağırış kimi, senzura ilə
mübarizə də mənim yazıçılıq borcumdu. Mən bu azadlığın qızğın tərəfdarıyam və
düşünürəm ki, əgər yazıçılardan kimsə bunun ona lazım olmadığını sübut eləmək
fikrinə düşsə, su lazım olmadığını deyən balığa oxşayardı.
4
Mənim yaradıcılıq xüsusiyyətlərimdən biri bax budur və bircə o kifayət edir
ki, əsərlərim SSRİ-də işıq üzü görməsin. Ancaq mənim satirik povestlərimdə önə
çıxan qalan şeylər: məişətimizdəki saysız-hesabsız eybəcərliklərin təsvir olunduğu
qara və mistik rənglər (mən – mistik yazıçıyam), dilimə hopmuş zəhər, geridə qalmış
ölkəmdə baş verən inqilabi prosesə skeptik baxış və ona qarşı qoyulan Böyük
Təkamül, ən başlıcası isə, hələ inqilabdan çox-cox əvvəl müəllimim Saltıkov-