Page 113 - "Xəzər"
P. 113
Bütün əsərlərim qadağan olunduqdan sonra, məni yazıçı kimi tanıyan bir çox
vətəndaşlardan eyni məsləhəti eşitməyə başladım:

“Kommunist ruhunda pyes” (dırnaq arasında sitatları verirəm) yazım,
bundan başqa, bədii əsərlərdə ifadə etdiyim əvvəlki baxışlarımdan imtina ilə bağlı
SSRİ Hökumətinə tövbə məktubuyla müraciət eləyim və əmin edim ki, daha
kommunizm ideyalarına sadiq yazıçı-çığırdaş kimi işləyəcəyəm.

Məqsəd: təqiblərdən, kasıbçılıqdan, sonda məhv olmaqdan qurtulmaq.
Mən bu məsləhətlərə qulaq asmadım. Ancaq çətin ki, siyasi hoqqabazlıq
edib, yalan məktub yazmaqla Sovet Hökuməti qarşısında özümü yaxşı tərəfdən
göstərməyi bacarardım. Kommunist ruhunda pyes yazmağa isə heç cəhd
eləməmişəm, çünki belə pyesin məndə alınmayacağını əvvəlcədən bilmişəm.
Yazıçı əzabına son qoymaq istəyi məni Sovet Hökumətinə doğruçu məktubla
müraciət etməyə məcbur edir.

2

Topladığım məqalə parçalarını analiz edərkən, on illik ədəbi fəaliyyətim
ərzində SSRİ mətbuatında haqqımda 301 rəy aşkar etdim. Onlardan: 3 – tərif, 298 –
təhqiredici.

298 rəy mənim yazıçı həyatımı güzgü kimi əks etdirir.
“Turbinlərin güzəranı”nın qəhrəmanı Aleksey Turbini mətbuatda şeirlə
“KÖPƏK OĞLU”, pyesin müəllifini isə “KƏMAĞIL” adlandırıblar. Məni “üstünə
bir yığın qonağın QUSDUĞU” yemək artıqlarını yığışdıran ədəbi SÜPÜRGƏÇİYƏ
bənzədiblər.
Belə yazıblar:
“... Kirvəm MİŞKA Bulqakov da, İFADƏMƏ GÖRƏ MƏNİ

BAĞIŞLAYIN, YAZIÇIDI, ÜFUNƏTLİ ZİBİLLİKDƏ eşələnir... Qardaşım,

soruşuram, bu nə EYBƏCƏR SİFƏTDİ səndə... Mən nəzakətli adamam, dəli şeytan

deyir, götür TASI ÇIRP BUNUN PEYSƏRİNƏ... Turbinlərsiz biz qara camaata

İTƏ BÜSTQALTER kimi lazım deyilik... Axır ki, bir KÖPƏK OĞLU TURBİN
   108   109   110   111   112   113   114   115   116   117   118