Page 112 - "Xəzər"
P. 112
19 fevral 1930-cu il
Moskva

Əziz Kolya!
Mənə 40 dollar köçürmə gəldiyi barədə bildirişi bankdan 17.II-də aldım,
dünən (18.II) isə pulun özünü aldım.
Təbii ki, dolları əlimə almaqdan dərhal imtina eləyib, Dövlət Bankının
məzənnəsilə (1 r. 90qəp.) 77 rub. 66 qəp. götürdüm.
Zəhmətinə görə mütəəssir oluram və minnətdarlıq eləyirəm.
İndi belə et: növbəti məbləği yazacağım məktubdan sonra yubanmadan
göndərərsən. Sənə ətraflı məktub yazmalıyam, ancaq indi tələsirəm.
Axşam yazıb, səhər yollayacağam.
Səni öpürəm və təşəkkür eləyirəm.

Sənin Mixailin.

N.A.BULQAKOVA
25 mart 1930-cu il
Moskva
Əziz Kolya, səndən xəbər yoxdu, bu da çox kədərləndiricidi.
Sənə yazmışdım ki, mənə bağlama (corab, qəhvə) göndər.
Göndərmə. Deyirlər, kömrük rüsumunu çox artırıblar.
Onun əvəzinə təcili N.E.Tarnovskaya26 üçün (ağır xəstədi) dərman alıb yolla
(siyahıda göstərilənləri).

Çox minnətdar olaram.
Sənin Mixailin.

SOVET HÖKUMƏTİNƏ
28 mart 1930-cu il
Moskva
Mən, Mixail Afanasyeviç Bulqakov Sovet Hökumətinə aşağıdakı məktubla
müraciət edirəm:

1
   107   108   109   110   111   112   113   114   115   116   117