Page 111 - "Xəzər"
P. 111
Əziz Kolya, sənin məktubunu vaxtında aldım. “La mort des poules”23
povestinin bir hissəsini, payızda yolladığın məktubu da almışam. Gec minnətdarlıq
etdiyimə görə bağışla.

Çox xahiş edirəm, məktublaşmadakı fasilələrə görə hirslənməyəsən. Tez-tez
məktub yaz. Xahiş edirəm, susma. Mənim son susqunluğum vəziyyətimin
pisləşməsiylə və bununla bağlı nəyi necə yazmağı xəbər verə bilməməyimlə
əlaqədardı.

Özüm barədə:
Bütün əsərlərim, həmçinin bütün ideyalarım məhv olub. Mən susmağa və
çox mümkündü ki, aclığa məhkumam. Son dərəcə çətin şəraitə baxmayaraq 1929-
cu ildə “Molyer” pyesini yazmışam. O, Moskva mütəxəssisləri tərəfindən beş
pyesimin ən güclüsü hesab edilib. Ancaq belə görünür ki, onu səhnəyə
qoymayacaqlar. Artıq ay yarımdı əlləşib-vuruşuram, baxmayaraq ki, Molyer 17-ci
əsrdi... baxmayaraq ki, orda müasir həyata toxunmamışam24.
Əgər bu pyesim məhv olsa, xilas yolum qalmayacaq, mən artıq fəlakətin
astanasındayam. Tamamılə ayıq başla deyirəm: mənim gəmim batır, su dayandığım
yerə çatır. Kişi kimi batmaq lazımdı. Xahiş edirəm, mənim məlumatıma diqqətlə
yanaşasan.
Əgər qonorarımı göndərməyə imkan olsa (bank? Çek? Bilmirəm necə), xahiş
edirəm, göndər; mənim bir qəpiyim də yoxdu. Əlbəttə, ümid edirəm ki, hər ikimiz
üçün də xoşagəlməz bir şey olmasın deyə qanuni yolla göndəriləcək.
Xahiş edirəm: Vladimir Lvoviç Binştoku gör, öyrən “Turbinlərin
güzəranı”na (roman) görə qonorarım gəlibmi25.
Xahiş edirəm: Binştokdan romanımın iki nüsxəsini götürüb mənim
ünvanıma göndər. Təcili.
Xahiş edirəm: bir də “La mort des poules”in parçalarını yolla. Lap
əvvəlindən olsa yaxşıdı.

Səbirsizliklə xəbər gözləyirəm.
Sənə xöşbəxtlik arzulayıram!

N.A.BULQAKOVA
   106   107   108   109   110   111   112   113   114   115   116