Page 110 - "Xəzər"
P. 110
Qardaş, ağciyərlik eləmədən deyirəm ki, mənim məhvim vaxt məsələsidi,
əlbəttə, əgər möcüzə olmasa. Ancaq möcüzə nadir hallarda olur.

Çox xahiş edirəm, məktubumun sənə aydın olub-olmaması barədə yazasan,
ancaq arvadımı həyəcanlandırmamaq üçün heç vəchlə təsəlliverici nəsə yazma.

Bu da sənə ətraflı məktub. O da yaxşı hal deyil ki, bu yazdan bəri yorğunluq,
laqeydlik hiss eləyirəm. Görünür, hər şeyin bir həddi var.

Öpürəm səni Nikol.
M.Bulqakov.

A.M QORKİYƏ
3 sentyabr 1929-cu il
Moskva

Möhtərəm Aleksey Maksimoviç!
Mən SSRİ hökumətinə ərizə yazmışam ki, özləri təyin etdikləri müddətə
mənə arvadımla birlikdə SSRİ-ni tərk etməyə icazə versinlər.
Aleksey Maksimoviç, xahiş edirəm mənə kömək edəsiniz. Başıma gələnləri
Sizə ətraflı yazmaq istəyərdim, ancaq yorğunam, ümidsiz vəziyyətdəyəm. Heç nə
yaza bilmirəm.
Hər şey qadağan edilib, müflis olmuşam, tək-tənhayam.
Əsərləri işıq üzü görə bilməyən yazıçını ölkədə niyə tutub saxlasınlar?
Sizdən humanist bir dərkənar xahiş edirəm – məni buraxın gedim.

Hörmətlə
M.Bulqakov.
P.S. Çox-çox xahiş edirəm ki, bu məktubu aldığınız barədə mənə xəbər
verəsiniz22.

N.A.BULQAKOVA
16 yanvar 1930-cu il
Moskva
   105   106   107   108   109   110   111   112   113   114   115