Page 109 - "Xəzər"
P. 109
Yenə rədd cavabı aldım.
Daha yaşamaq gücündə deyiləm, taqətdən düşmüşəm, təqiblərdən əsəblərim
pozulub, bilirəm ki, bundan sonra SSRİ daxilində çap olunmayacağam, pyeslərim
oynanılmayacaq, Sizə müraciət edir və Sizdən xahiş edirəm ki, SSRİ hökuməti
qarşısında ARVADIM L.Y.BULQAKOVA İLƏ BİRLİKDƏ MƏNİM SSRİ-dən
QOVULMAM ÜÇÜN MƏSƏLƏ QALDIRASINIZ.

M.Bulqakov.

N.A.BULQAKOVA
24 avqust 1929-cu il
Moskva

Əziz Kolya!
Vladimir Lvoviçə21 baş çəkdiyin üçün çox sağ ol. Xahiş edirəm, aldığın
qonorarı mənim məktubuma qədər Parısdə saxlayasan. Lazım olsa onu necə eləməyi
yazacağam.
Ədəbi işlərimdə mənə kömək etməyə hazır olduğuna görə də sənə çox
minnətdaram. Başqa cür olacağını da gözləmirdim.
Məktub yazmaqda qoçaq olmadığıma gəlincə: neyləməli!
İndi, qardaşım, sənə bildirim ki, vəziyyətim yaxşı deyil.
Pyeslərimin SSRİ-də tamaşaya qoyulması qadağan olunub, belletrist
əsərlərimin də bir sətri belə çap oluna bilməz.
1929-cu ildə mənim yazıçı kimi məhv edilməyim başa çatdı. Son dəfə
gücümü toplayıb SSRİ hökumətinə müraciət etdim ki, məni arvadımla birlikdə
istənilən müddətə xaricə buraxsınlar.
Ümidim yoxdu. Bir məşum əlamət var – Lyubov Yevgenyevnanı tək
buraxmadılar, baxmayaraq ki, mən burda qalırdım (bu, bir neçə ay əvvəl olub).
Haqqımda şayiələr gəzir ki, artıq hər mənada məhkumluğa düçaram.
Əgər ərizəm rədd edilsə, oyunu qurtarmış hesab edib, kartı yığışdırmaq, şamı
söndürmək olar.
Moskvada oturub yazmamalıyam, çünki nəinki yazımı görmək, heç adımı
eşitmək istəmirlər.
   104   105   106   107   108   109   110   111   112   113   114