Page 108 - "Xəzər"
P. 108
indiki teatr mövsümündə mənim bütün pyeslərim, o cümlədən, təxminən 300
dəfə oynanılan “Turbinlərin güzəranı” qadağan olunub.
1926-cı ildə “Turbinlərin güzəranı”nın baş məşqində Sİ-nin agentinin
müşayətilə Sİ-yə aparılıb dindirildim.
Ondan bir neçə ay əvvəl Sİ-nin nümayəndələri tərəfindən evimdə axtarış
aparılıb və 3 dəftərdən ibarət “Mənim gündəliyim”, həmçinin yeganə nüsxə olan “İt
ürəyi” satirik povestim müsadirə olunub20.
Bundan əvvəl qadağan olunublar: “Manjetdə qeydlər” povestim,
“İblisnamə” satirik hekayələr məcmüəsinin təkrar nəşri, felyetonlar toplusu,
“Çiçikovun sərgüzəştləri”nin açıq çıxışları. “Ağ qvardiya” romanının “Rossiya”
jurnalında çapı yarımçıq dayandırılıb, çünki jurnalın özü qadağan edilib.
Əsərlərimi nəşr etdirdikcə, SSRİ-də tənqid mənə daha çox maraq göstərib,
özü də istər belletrist əsər olsun, istər pyes, heç bir əsərim heç harda bir dənə də
olsun müsbət rəy almayıb, əksinə, adım SSRİ-də və xaricdə daha artıq tanındıqca,
mətbuatdakı rəylər də bir o qədər şiddətlənib, nəhayət, söyüş həddinə çatıb.
Mənim bütün əsərlərim son dərəcə pis rəy alıb, adım nəinki dövri mətbuatda,
Böyük Sovet Ensiklopediyası, Ədəbiyyat Ensiklopediyası kimi nəşrlərdə də rüsvay
olunub.
Özümü müdafiə etməyə gücüm çatmadığından, heç olmasa, qısa müddətə
xaricə getmək üçün ərizə verdim. Ancaq rədd cavabı aldım.
Mənim “Turbinlərin güzəranı” və “Zoykinin mənzili” əsərlərim oğurlanaraq
xaricə aparılıb. Riqa şəhərində bir nəşriyyat “Ağ qvardiya” romanını mənim
soyadımla, ancaq savadsız sonluqla çap edib. Xaricdə qonorarımı talan edirlər.
Xaricdə işlərimi qaydaya salmaq üçün arvadım Lyubov Yevgeniyevna
Bulqakova tək getmək üçün ərizə verdi, həm də mən girov qismində qalmağımı
təklif etmişdim.
Biz rədd cavabı aldıq.
Mən dəfələrlə əlyazmalarımın qaytarılması xahişiylə Sİ-yə müraciət
etmişəm və rədd cavabı almışam, ya ərizəmə heç cavab almamışam.
Mən “Qaçış” pyesini xaricə göndərmək üçün icazə istədim ki, onu SSRİ
daxilində oğurlanmaqdan qoruyam.