Page 107 - "Xəzər"
P. 107
Parısdə şəhərə bələd olmaq, hal-hazırda Moskva Bədaye Teatrının qəbul
etdiyi “Qaçış” pyesinin quruluş planını götür-qoy etmək fikrindəyəm (“Qaçış”ın V
pərdəsi Parisdə vaqe olur)18.

Səfər heç vəchlə 2 aydan çox çəkməməlidi, çünki ondan sonra mütləq
Moskvada olmalıyam (“Qaçış” tamaşasına görə).

Ümid edirəm ki, bu vacib və vicdanla sadaladığım işlərdən ötrü xaricə
getməyimə maneçilik törədilməyəcək19.

M.Bulqakov.
P.S. Səfərə getməyimə icazə verilməməsi dramaturq kimi çalışmağıma çox
böyük çətinlik yaradacaq.

İ.V.STALİNƏ
İyul 1929-cu il
Moskva
PARTİYANIN BAŞ KATİBİ İ.V.STALİNƏ
MƏRKƏZİ İCRAİYYƏ KOMİTƏSİNİN SƏDRİ M.İ. KALİNİNƏ
ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT İŞLƏRİ ÜZRƏ BAŞ İDARƏNİN
RƏİSİ A.İ. SVİDERSKİYƏ

ədib Mixail Afanasyeviç Bulqakovdan
ƏRİZƏ

On ildi SSRİ-də ədəbiyyatla məşğul oluram. Bu on ilin son dörd ilini
dramaturgiyaya həsr etmişəm və 4 pyes yazmışam. Onlardan üçü (“Turbinlərin
güzəranı”, “Zoykinin mənzili”, “Al qirmızı ada”) Moskvada dövlət teatrları
tərəfindən tamaşaya qoyulub. Dördüncü – “Qaçış” isə Moskva Bədaye Akademik
Teatrı tərəfindən qəbul edilib tamaşaya qoyulmaq üçün hazırlıq işləri tamamlanıb.

Hazırda “Turbinlərin güzəranı” və “Al qırmızı ada” tamaşalarının qadağan
olunduğundan xəbər tutmuşam. “Zoykinin mənzili” keçən mövsüm 200 dəfə
oynanılandan sonra hökumət orqanlarının tapşırığıyla repertuardan çıxarılıb. Belə
   102   103   104   105   106   107   108   109   110   111   112