Page 106 - "Xəzər"
P. 106
V.V.VERESAYEVƏ
18 oktyabr 1926-cı il
Moskva
Əziz Vikenti Vikentyeviç! “Turbinlərin güzəranı”na Sizin üçün iki bilet
(Sizə və Sizin arvadınıza) göndərirəm.
Bundan başqa, Sizə olan borcumdan ilk 50 rublu göndərirəm.
Yalnız dünəndən kiçik hissələrlə qonorarımı almağa başlamışam (böyük
məbləğləri mənim nəhəng kreditorlarım, ilk növbədə Teatr götürdü). Sizə borcumu
gecikdirməyimin səbəbi yalnız bununla izah olunur.
Sizə öz təşəkkürlərimi bildirirəm və özüm də Sİ-yə (Siyasi İdarəsi) gedirəm
(yenə çağırıblar).

Səmimi-qəlbdən Sizə sadiq olan
M.Bulqakov.

MOSSOVETİN İNZİBATİ ŞÖBƏSİNƏ
21 fevral 1928-ci il
Moskva
Ərizəyə əlavə olaraq:

Xaricə getməyimin səbəbi
Gedirəm ki, xaricdə peyda olub, guya məndən “Turbinlərin güzəranı”
pyesinin hüququnu alan və bu səbəbdən də pyesi alman dilində çap etdirən, həmçinin
Amerikada da çap etdirmək “hüququnu” öz adına yazdıran Zaxar Leontyeviç
Kaqanskini məsuliyyətə cəlb etdirəm.
Kaqanski (və başqa şəxslər) mənim adımla alver edərək, məni çətin
vəziyyətdə qoyublar. Ona görə Berlində olmağım vacibdi.
Parisə getmək istəyirəm ki, Mathurins Teatrı16 (“Turbinlərin güzəranı”nın
tamaşası) və üzv olduğum Societe des auteurs dramatiqiques17 ilə danışıqlar aparım.
Yanımda tərcüməçi kimi getmək üçün xahiş edirəm arvadımı da mənimlə
buraxasınız. Onsuz işlərimin öhdəsindən gəlmək mənim üçün çox çətin olar (alman
dilində danışa bilmirəm).
   101   102   103   104   105   106   107   108   109   110   111