Page 105 - "Xəzər"
P. 105
Öpürəm.
Sənin Mixailin.
ÜMUMRUSİYA YAZIÇILAR BİRLİYİNƏ
18 oktyabr 1925-ci il
Moskva
Hörmətli yoldaşlar, ədəbiyyat sərgisinə14 dəvətinizə cavab olaraq
“İblisnamə”ni göndərirəm.
Mənim portretimə gəlincə:
Nə rus ədəbiyyatı sahəsində, nə hər hansı başqa sahədə şöhrət
qazanmadığıma görə, portretimin hamı qarşısında tamaşaya qoyulmasını çox tez
sayıram.
Bundan başqa, mənim portretim yoxdu.
Sizə hörmət bəsləyən M.Bulqakov
MOSKVA BƏDAYE TEATRINA
4 iyun 1926-cı il
Moskva
Özümə borc bilirəm xəbər verim ki, mənim “Ağ qvardiya” pyesimdən
Petlyuraçılar səhnəsinin çıxarılmasına razı deyiləm.
Səbəb: Petlyuraçılar səhnəsi pyeslə üzvi surətdə bağlıdır.
Həm də pyesin adının dəyişdirilib “Sondan əvvəl” qoyulmasıyla razı
deyiləm.
Həm də 4 pərdəli pyesin 3 pərdəli edilməsiylə razı deyiləm.
Teatr Şurası ilə birgə “Ağ qvardiya” pyesinin adının dəyişdirilməsini
müzakirə etməyə razıyam.
Əgər Teatr bu məktubda ifadə olunanlarla razılaşmasa, xahiş edirəm, “Ağ
qvardiya” pyesini təcili surətdə repertuardan çıxarasınız15.
Mixail
Bulqakov.