İspaniyanın populyar “Librujula” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin ispan dilinə tərcümə edilmiş “Leyli və Məcnun” poemasından “Məcnunun fəryadı” parçasının və şairin yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.
Gürcüstan televiziyasının “12-ci TV” kanalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi uğurlu beynəlxalq layihələr çərçivəsində ölkələrarası ədəbi əlaqələrin inkişafına həsr olunmuş veriliş yayınlayıb.
Dövlət Tərcümə Mərkəzi XX əsrin əvvəllərindən başlayaraq xarici qüvvələrin hərbi-siyasi dəstəyi ilə hissə-hissə Ermənistana verilmiş qədim Azərbaycan torpağı Zəngəzurun tarixindən bəhs edən “Zəngəzur – tarixi Azərbaycan torpağı” adlı sənədli videoçarx hazırlayıb.
Dövlət Tərcümə Mərkəzinin beynəlxalq aləmlə ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi “Meşə nəğməsi” kitabının təqdimat mərasimi keçirilib.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Madriddə işıq üzü görmüş “Yeddi gözəl” kitabının “Espacio Ronda” Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib. Tədbirdə İspaniya ictimaiyyətinin tanınmış nümayəndələri, elm və sənət adamları iştirak ediblər.
Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin “Yeddi gözəl” poeması İspaniyada işıq üzü görüb.