Page 625 - antologiya - poeziya_175x250_Layout 1
P. 625

Ìèðçÿ Ôÿòÿëè Àõóíäçàäÿ


            süxi mәzhәbdir, tәxtdәn aşağı salaq, tәlәf edәk, sonra Sәfәviyyә nәslindәn
            bir şahzadәni tәxtә oturdaq ki, bari nәcabәtinә görә tәxtü-taca sәzavar ol -
            sun?!
                Xәzinәdar:
                – Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyyә mәn sәninlә müva -
            fiqәm. Amma biz iki adamın әlindәn nә gәlәr? Gedәk әmiri-top xanәnin
            yanı na, onun rәyini dәxi hasil edәk. Axı o da bizim kimi mәzullardandır.
                Hәr ikisi getdilәr әmiri-topxanәnin otağına. Әmiri-topxanә oların
            gәlmә yindәn çox xoşhal oldu. Qayәt şövq ilә sözlәrinә qulaq asdı.
            Bilkülliyyә olar ilә şuriş xüsusunda müttәfiq olub dedi ki:
                – Bu iş süvarilәrin sәrkәrdәsi Bağır xanın rizası olmamış surәt tapmaz.
                Әmiri-topxanә:
                – Bağır xan mәnim ilә çox yeganә dostdur. Mәn boynuma çәkirәm ki,
            onu bu әmrdә özümüzә yoldaş edәm. Ona deyәcәyәm ki, bu bidin Yusif     49
            şahın әyyami-sәltәnәtindә lamәhalә bizim başımıza gәlәn qәziyyә onun da
            başına gәlәcәk. Vaxt ikәn әlacını elәmәk gәrәk. Yәqinimdir ki, bu söz Bağır
            xana әsәr edәcәk, çünki dünәn sәlami-ammdә şah ona qәzәbnak olub sәr -
            zәniş edibdir ki, çaxır içib, mәst olub, namaz qılmağa mәscidә daxil olubdur.
                Әgәr Bağır xan bu әmrә razı olsa, piyadәlәrin sәrkәrdәsi Fәrәc xan
            dәxi razı olacaq. Çünki Fәrәc xan Bağır xanın әmisi oğlu vә damadıdır. Heç
            bir әmrdә onun rәyinә müxalifәt etmәz. Amma siz durun, gedin Qәzvinin
            köhnә bәylәrbәyisinin yanına. Onu dәxi razı edin, boynuna qoyun ki, mәzul
            daruğә vә kәndxudalarla bu xüsusda göftgu etmәyi vә onların rәyini әlә
            almağı tәәhhüd etsin.
                Müfәttinlәr bir-birlәrindәn ayrıldılar. Hәr birisi getdi iş görmәyә.
                Mәtlәb çox tez hasil oldu.
                Üç-dörd günün müddәtindә hamı müntәxәb olunan kәslәr göründü vә
            hamısı şurişә meyil vә amadәlik göstәr dilәr. Müfәttinlәr qәrar qoydular ki:
                – Şәnbә günü sübhdәn padşahlıq sarayını әhatә etsinlәr vә içәri daxil
            olub Yusif şahı tәxtdәn yerә salıb hәlak elәsinlәr. Sonra özlәrinә Sәfәviyyә
            nәslindәn bir tәzә padşah tiksinlәr.
                Müqәrrәr olunan günün sübh çağında ki, hәlә padşahlıq sarayının
            qapıları açılmamışdı, külli süvari vә piyadә tamam müsәllәh onun әtrafını
            bürüdülәr...
                Yusif şah keyfiyyәtdәn xәbәrdar olub buyurdu ki:
                – Sarayın qapılarını açmasınlar.
                Bu günә namünasib hәrәkatı  Yusif şah mollabaşiyi-sabiq  Axund
            Sәmәdin, sәrdar Zaman xanın vә vәzir Mirzә Möhsünün vә müstövfi Mirza
            Yәhyanın vә münәccimbaşının vә mövlana Cәmalәddinin tәrәfindәn ki,
   620   621   622   623   624   625   626   627   628   629   630