Page 627 - antologiya - poeziya_175x250_Layout 1
P. 627
Ìèðçÿ Ôÿòÿëè Àõóíäçàäÿ
– Dәxi qәm çәkmәyin, şuriş dünәn vaqe olubdur. Mәlumdur ki, afәt
keçibdir vә Sәfәviyyә şahzadәlәrinin heç birisi sәltәnәtә şayistә deyil: ta -
mam kәmәndiş vә kordurlar. Bir parasını Şah İsmayıl sani kor edibdir, bir
pa rasın Şah Abbas özü; olar mәsrәfdәn çıxıbdır, bir zada yaramazlar. Bizim
padşahımız genә Şah Abbasdır!
Miraxur dedi ki:
– Biz onun padşahlığına çox şadıq. Onun dövründә bizim hamımıza
çox xoş keçirdi. Çifayda, nә eliyәk ki, o tәxtü-tacdan әl çәkib gözdәn itibdir.
İndi bilmirik ki, haradadır.
Mövlana güldü, dedi ki:
– Onun tәxtü-tacdan әl çәkmәyinin sәbәbi var idi. İndi o sәbәb rәf olub -
dur. Biz bilirik ki, o, harada gizlәnibdir. Gedәk gәtirәk, imarәtinә yetirәk!
Hamısı ayağa durub gәldilәr Şah Abbas gizlәnәn evә. Onu oradan
çıxardıb yetirdilәr sәrayi-şahiyә, tәxtü-tacına әvvәlki kimi malik oldu. Hәr 51
iş qәrari-sabiq üzrә surәt tapdı, guya ki, heç bir hadisә vaqe olmamışdı.
Bu kәvakibin hәmaqәtinә mәn tәәccüb edirәm ki, necә bilmәdilәr
iranilәr oları aldadırlar? Yusif Sәrrac hәrgiz İranın şahı deyil idi. İranilәr
onu hiylә üzündәn padşahi-mәsnu elәmişdilәr. Belә sadәlik olurmu ki,
kәvakib özlәrini iranilәrә aldadıb biçarә vә bitәqsir Yusif Sәrracı bәdbәxt
etdilәr? Şah Abbası kәnar qoyub qırx il sәrasәr onun sәffaklığına vә
cәbbarlığına bietina nazir oldular? Şah Abbas cәbbarlığının әdna әlamәti bu
idi ki, bir oğlunu öldürdü, ikisinin dәxi gözünü çıxartdı. Dәxi oğlu yox idi,
nәvәsi ona varis oldu. Amma kәvakibi dә qınamaq (yeri) yoxdur. Şah
Abbasın xudi-şәxsinә nisbәtәn, kәvakibin bir әdavәti yox idi. Olara lazım
idi ki, Novruzdan on beş gün keçmiş İran sәltәnәtinin tәxtindәn bir şәxsi
aşağı salıb bәdbәxt etsinlәr. Bu vaxt da İran sәltәnәtinin tәxtindә oturmuşdu
Yusif Sәrrac. Ona binaәn kәvakib onu aşağı salıb bәdbәxt etdilәr. Kәvakibin
hәrgiz xәyalından xütur etmәzdi ki, iranilәr oları aldadacaqlar, padşahi-
hәqiqinin әvәzinә padşahi-mәsnuu oların sәdәmәsinin altına salacaqlar...
Vallah, qәribә әhmәqdirlәr bu ingilis tayfası ki, belә xәtәrli millәt ilә
az qalmışdı cәng başlayalar.