Page 622 - antologiya - poeziya_175x250_Layout 1
P. 622

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    almasınlar; yәqin bilsinlәr ki, bu növ hәrәkәt axırda oların özlәrinin
                    bәdbәxtliyinә vә hәlakәtinә bais olur. Olar mükәrrәr müşahidә ediblәr ki,
                    bu növ rәftar ilә dövlәt cәm edәn kәslәr axırda baş veriblәr vә ya kәmali-
                    bәdbәxtliyә vә zillәtә vә mәskәnәtә düşüblәr. İranda bu növ ilә cәm olunan
                    dövlәtin hәrgiz heç bir xanәdanda davamı olmayıbdır. Hanı damqanlı Cәfәr
                    xanın kürurları? Hanı Sәlim xan Qaragözlünün dövlәti? Hanı şirazlı Mirzә
                    Nağının әmlakı? Padişahani-İran hәmişә vәqta ki, bir sahibi-mәnsәbi
                    mülahizә edirlәr ki, pul cәm edib, sәrvәtә çatıbdır, haman saat bir bәhanә
                    ilә onu mәqami-müaxizәyә gәtirirlәr, hәr nә vardır әlindәn alırlar, özün
                    hәlak edirlәr vә ya zillәtә vә mәskәnәtә salırlar.
                        Bu әmrdә hakimi-vilayәtlәr, şәbihdirlәr zәlilәrә ki, qan sorub şişdikdә,
                    sahibi oları sıxar, tamam sorduqları qanı qusarlar. Kimisi bu cәhәtdәn ölür
                    vә kimisi zәif vә lağәr olur. Fәәmma әgәr hakimlәr niknәfәs olub vә öz hәlal
               46   rizqlәrinә qane olalar, hәmişә öz dәrәcәlәrindә baqi vә xalq nәzәrindә
                    müәzzәz vә sәlatin niyyәtindә mükәrrәm olacaqlar vә günbәgün rütbәlәri
                    izdiyad behәm edәcәk.
                        Bu sözlәri tәlqin edәndәn sonra şah baxıcıları buraxdı. Sonra buyurdu
                    xirac mәblәği mötәdil miqdaradәk tәxfif tapsın vә әmr etdi ki, hәr yerdә
                    yol lar tәmir olunsun vә lazım mәqamlarda vә mәnzillәrdә körpülәr vә
                    karvansaralar tikilsin vә hәr vilayәtdә şәfaxanәlәr qayrılsın vә mәdrәsәlәr
                    açıl sın vә susuz yerlәrә su çıxarılsın, dullara vә yetimlәrә vә şillәrә vә kor -
                    lara ianәt vә himayәt göstәrilsin vә vilayәtlәrdә hәr bisәrüpa özbaşına özü nü
                    ülәma silkinә daxil etmәsin, bu xüsusda mollabaşıdan icazәt istәsinlәr vә
                    sinfi-ülәma hәr yerdә xalqın ehtiyacına kifayәt edәn miqdardan ziyadә ol -
                    masın vә külli-ülәmaya güzәran kifafınca xәzineyi-amirәdәn vәzifә qәrәrdad
                    etdi ki, sәltәnәtә möhtac olub әrbabi-mәnasibi xidmәti-şahidә әhli-zә  lәmә xitab
                    etmәsinlәr vә әmri-mürafiәni ki, sәltәnәtin ümdә lәva               zi   matındadır, ülәmanın
                    әlindәn alıb әrbabi-mәnasibin sülәhasına vagüzar elәdi ki, millәt mürafiә
                    cәhәtindәn özlәrini ülәmaya möhtac görüb ancaq oları mәrcә bilmәsinlәr
                    vә sәltәnәtdәn uzaq düşmәsinlәr vә buyurdu ki: vücuhi-bәrr hәr yerdә
                    sülәhadan dörd nәfәrә müntәqil olub vilayatın füqәrasına dәftәr üzü ilә sәrf
                    olunsun vә hesabı divana göstәrilsin; ta ki, füqәranın bәzi vücuhi-bәrrdәn
                    bәhrәyab olub, bәzisi mәhrum qalmasın vә әmr etdi ki, xüms vә imam malı
                    verilmәsin ta övladi-rәsul-әleyhüssәlam zillәti-sualdan azad olub sair xalq
                    kimi öz kәsblәri ilә vәchi-mәişәt tәhsil etsinlәr.
                        Bu xüsusda mötәbәr ülәma Yusif şaha kütubi-fiqhdәn fitvalar çıxardıb
                    göstәrdilәr.  Vә vilayәtlәrә elamnamәlәr göndәrdi ki, bundan sonra bir
                    kimsәnә cürәt etmәsin ki, şaha vә ümәnayi-dövlәtә vә çakәrani-dәrgaha
   617   618   619   620   621   622   623   624   625   626   627