Page 630 - antologiya - poeziya_175x250_Layout 1
P. 630

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – Ay xan, mәn kәtdi adamam, mәn nә bilirәm poçtxana nәdi?
                        – Çox әcәb, nәçәrnik divanxanasını ki tanıyırsan?
                        – Bәli, xan, başına dönüm, tanıyıram, niyә tanımıram. Keçәn hәftә mәn
                    elә gәlmişdim nәçәrniyin yanına şikayәtә. Xan, and olsun sәnin başına, bizi
                    katda çox incidir. Әslinә baxsan, bizim bu katdamız özgә tayfadandı; odu
                    ki, bizi görmәyә gözü yoxdu. Keçәn hәftә mәnim iki buzovum itmişdi. Get-
                    dim...
                        – Hәlә bu sözlәri sonra deyәrsәn. Qulaq as, gör nә deyirәm: nәçәrnik
                    divanxanasının qabağında bir yekә dam-daş var, qapısının ağzında bir qutu
                    vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda vә uzun qa -
                    pağı var. Bu saat apar bu kağızı haman qutunun qapağını qovza, kağızı sal
                    qutunun içinә, qapağını yatırt vә tez qayıt gәl!
                        Noruzәli hәr iki әlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir
                    az baxdı xanın üzünә, sonra çәkildi divara sәmt vә yerә әyilib istәdi kağızı
               54   qoysun divarın dibinә. Xan ucadan dillәndi:
                        – Qoyma ora! Qoyma ora! Kağız çirklәnәr, tez apar sal qutuya, qoy,
                    gәl!
                        – Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı,
                    ac qalmasın, yoldan gәlib.
                        – Yox, yox... Heç ziyanı yoxdu. Kağızın vaxtı keçir. Torbanı sonra
                    keçir dәrsәn ulağın başına.
                        – Di elәdә, qoy ulağın qıçını bağlayım, yoxsa gedәr hәyәtdә ağacları
                    gәmirәr.
                        – Yox, yox... heç eybi yoxdu, qaç, tez kağızı sal, gәl!
                        Noruzәli kağızı ehmal qoydu qoynuna vә genә dedi:
                        – Xan, qadanı alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qoyaydın
                    qıçlarını açıb, bir az dәn sәpәydim bulara. Elә dәn dә gәtirmişәm.
                        Noruzәli әlini saldı cibindәn dәn çıxarsın... Xan ucadan sәslәndi:
                        – Yox, yox!.. qoy hәlә qalsın. Qaç, çaparaq kağızı sal poçta! Noruzәli
                    әlağacını götürüb, başladı uşaq kimi qaçmağı. Sonra bir zad fikirlәşib
                    qayıtdı vә üzünü tutdu xana.
                        – Xan, qadanı alım, dәsmalın içindә yumurta var, gözdә-qulaqda olun,
                    yoxsa ulağ ağnar, yumurtaları sındırar.
                        Xan daha ucadan sәslәndi:
                        – Daha uzun danışma. Qaç kağızı sal; vaxtı keçir.
                        Noruzәli istәdi uzaqlaşsın, xan onun dalınca çığırdı:
                        – Noruzәli, bilmәzsәn, kağızı verәrsәn özgәsinә ha!.. Heç kәsә vermә,
                    heç kәsә göstәrmә! Tez sal qutuya, qayıt gәl!
                        Noruzәli dәxi dә ucadan cavab verdi:
                        – Niyә, mәn uşaq deyilәm ki, kağızı özgәsinә verәm! Mәni o qәdәr dә
                    xam bilmә. Heç nәçәrnik dә bu kağızı mәnim әlimdәn ala bilmәz.
   625   626   627   628   629   630   631   632   633   634   635