Page 623 - antologiya - poeziya_175x250_Layout 1
P. 623
Ìèðçÿ Ôÿòÿëè Àõóíäçàäÿ
peşkәş versin vә payәndaz salsın vә heç kәs peşkәş vasitәsilә hökumәt
tapmağı tәmәnna etmәsin, ancaq öz ixlasını vә hüsni-xidmәtini bu mәtlәbin
tәhsilinә vәsilә bilsin vә maliyyati-divan hәr vilayәtdә әmin şәxslәrә tәslim
olunub xәzinә ismilә hәr yerdә dursun vә mәsarifi-sәltәnәt dәftәri üzilә tәyin
tapıb lazım olan övqatda hәr yerin xәzinәsinә hәvalә olunsun vә rәaya
bilkülliyyә hәvalәcati-mәsarifәdәn asudәhal qalsınlar. Vә dәxi mәdaxili-
sәltәnәtin izdiyadı üçün qәrar qoydu ki, tacirlәr vә bәyzadәlәr vә xanzadәlәr
vә şahzadәlәr, hәtta ülәma vә sadat vә sair sinfi xalq mәdaxili-әmlakdan
şәhәrlәrdә ondan bir, dehatda iyirmidәn bir xәzinәyә versinlәr vә qoşun
xalqının vә әhli-xidmәtin mәvacibi әsla lavüsul qalmasın ki, sәltәnәtin
nәqsidir; bәlkә, hәmişә vilayәt xәzinәlәrindәn bilatәxir mücra olunsun. Vә
bey vә şәra olunan әmlakın qiymәtindәn dәxi xәzinәnin nәfi üçün tümәnә
beş şahı vәz olunsun vә qaideyi-beyü-şәra tәrk olunsun ki, tәnxah sahiblәri
bu qaydanın vücudu ilә rәhn alıb borc vermәyә mail olmadıqları üçün 47
әrbabi-hәvaici müztәr edirlәr ki, mülk vә mallarını әdna qiymәtә beyi-şәra
etsinlәr, bu ümid ilә ki, vәdә başında әr-babi-hәvaic mülk vә mallarının
istirdadından aciz olacaqlar.
Çün Yusif şah bilirdi ki, miraxur yay fәsli padşahlıq atları yaylağa
aparıb bәslәmәk bәhanәsi ilә әtraf xalqına çox әziyyәt vә cәfalar yetirirdi
vә oları çapırdı, talayırdı vә әmiri-topxanә topçuların cümlәsinә xәzinәdәn
mәvacib götürüb heç birisinә bir hәbbә vermirdi vә xәzinәdar padşahlıq
pulun içinә çox qәlp pul qatıb xalqa dağıdırdı vә Qәzvin bәylәrbәyisi
xalqdan hәdsiz rüşvәt alırdı vә daruğә dövlәtlilәrә füqәranın müqabilindә
üz görürdü, kәtxudalar Qәzvinin küçәlәrini natәmiz saxlayırdılar, cümlәsini
mәzul edib, yerlәrinә özünә mәruf olan şayistә adamlar tәyin buyurdu.
Mollabaşı Axund Sәmәd Әrkin zindanında zindanbandan eşitdi ki,
onun mәnsәbini hәmçeşmi Molla Rәmәzana veriblәr, qüssәsindәn ficәtәn
hәlak oldu.
Yusif şah dәxi әmr etdi ki, Qәzvinin küçәlәri genәlsin vә içindә hәr
yerdә zahir olan quyular örtülsün ki, gәlib-gedәnlәr olara düşmәkdәn
mәhfuz olsunlar vә xalqın әrzinә qulaq asmağa vә dadına yetişmәyә qayda
vә qәrar qoydu vә buyurdu ki: Qәzvinin füqәrasına bahalıq cәhәtilә padşah -
lıq ambarından buğda verilsin vә sahibi-vüquf adamlardan vә mahir
kәn kan lardan bir mәclisi-mәşvәrәt bәrpa olub Qәzvinә su çıxarmaq üçün
köftgu olunsun vә tәdbir vә dәsturülәmәl tәhrir olunub nәzәrә yetişsin.
Bu vaxt da Qolland taifәsindәn bir parası fars xәlicinin qürbündә bir
mәhәldә sük na etmişdilәr. Bugünlәrdә oradan bir elçi әmәlәsi ilә Qәzvinә
varid oldu ki, İran dövlәti ilә mabeynlәrdә ticarәt üçün şürut bağlasınlar.
Elçini әmәlәsi ilә Yusif şahın hüzuruna yetirdilәr. Onun nәvazişatından vә