Page 620 - antologiya - poeziya_175x250_Layout 1
P. 620
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
– Tapşır, mәnә şam hazır etsinlәr ki, bu gün bir zad yemәmişәm.
Pişxidmәtbaşı әrz elәdi ki:
– Tapşırmışam, aşpazlar şam üçün tәam hazır etmәyә mәşğuldurlar.
Şah buyurdu ki:
– Bәs sәn vә xacә Mübarәk, gәlin, otaqları vә hәrәm xanәni mәnә bir-bir
göstәrin vә mәlum edin ki, mәnim istirahәt otağım hansıdır.
Piş xid mәtbaşı vә xacә Mübarәk düşdülәr qabağa, bir-bir әndәrun
otaqlarını göstәrmәyә şüru etdilәr.
Әvvәlinci otaqda әlvan fәrşlәr döşәnib, qәribә gül vә giyah ilә quş
şәkillәri ilә divarı vә sәqfi münәqqәş olmuşdu. İkinci otaq da habelә fәrşlә
döşәnmişdi vә divarlarında Sәfәviyyә nәslindәn vәfat edәn pad şahların vә
namdar şahzadәlәrin tәsviri çәkilmişdi. Üçüncü otağın divar larında İranın
sair silsilәdәn olan padşahlarının timsalı nәqş olun muşdu. Dördüncü otağın
divarlarında Şahnamәdә yazılan İranın qәdim pәhlә vanlarının vә
44 Mazәndәran divlәrinin surәti yazılmışdı ki, bir-birlәrilә cәng edirdilәr.
Divlәr buynuzlu vә quyruqlu çәkilmişdi. Beşinci otağın divar larında Şah
İsmayıl Sәfәvi ilә sairlәrin mabeynindә vaqe olan cәnglәrin su rәti rәqәm
olunmuşdu. Hәrәmxanә otaqlarının cümlәsinin divarlarında qız, oğlan şәkli
yazılmışdı ki, oğlanlar qızlara gül dәstәsi tәarüf edirdilәr vә qızlar oğlanlara
piyalә verirdilәr vә hәr otaqda rәxti-xab hazır idi.
Yusif şah hәrәmxanә otaqlarının birisini özünün istirahәti üçün
müqәrrәr edib xacә Mübarәkdәn soruşdu ki:
– Hәrәmlәrin ziynәt otağı hansıdır?
Xacә Mübarәk әrz elәdi ki:
– O başdakı otaqdır. Amma ağzı qıfıllıdır. Açarı sandıqdar Ağa
Hәsәndәdir.
Şahın buyruğu ilә pişxidmәtbaşı haman saat sandıqları hazır etdi.
Ziynәt otağının qapısını açdılar, şaha göstәrdilәr: bu, bir böyük otaq idi;
içindә hәr tәrәfdәn sandıqlar düzülmüşdü. Sandıqların qapağını götürdülәr,
qәribә-qәribә ziynәt vә zivәrlәri şaha göstәrdilәr; o cümlәdәn giranbaha kiş -
mir şalları, lәtif ünas libasları, pakizә ipәk parçalar, cәvahiratdan qayrılmış
güllәr vә guşvarәlәr vә üzüklәr vә mümtaz mirvariddәn boyunbağılar idi.
Yusif şahın üç qızı var idi: böyüyü on dörd yaşında, ortancısı on iki
yaşında, kiçiyi sәkkiz yaşında vә iki oğlu var idi: altı yaşında vә dörd
yaşında. Qızlarının hәr birinә bir gül vә bir cüt guşvarә vә bir üzük vә bir
boyunbağı vә bir dәst libas vә bir rizayi şal vә övrәtinә bir dәst libas vә bir
rizayi şal ayırdı, xacә Mübarәkә tәslim etdi, buyurdu ki:
– Bunları apararsan Qәzvinin ikinci küçәsindә mәnim qәdimi evimdә
övrәtimә yetirәrsәn. Deyәrsәn ki, mәnim cәhәtimdәn әndişә etmәsin, sabah
oğlanlarımı hüzura göndәrsin.