Page 629 - antologiya - poeziya_175x250_Layout 1
P. 629
Cÿlil Mÿmmÿdquluzadÿ
Poçt qutusu
oyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hәlә
qar әlamәti görsәnmirdi. Hәkim axırıncı dәfә xanın naxoş öv -
Nrәtini yoluxub, cavab verdi ki, dәxi naxoşun әhvalı yaxşıdır;
be lә ki, bir hәftәyәdәk sәfәrә çıxmaq mümkün olar. Xan çox tәlәsirdi İrә -
va na getmәyә; çünki xanı orada çox vacib işlәr gözlәyirdi. Vә bir dә ki, qor -
xur du qar yağa vә hava dәxi dә soyuya vә naxoş üçün yola çıxmaq qey ri -müm kün
ola. Xan götürdü qәlәmi, irәvanlı dostu Cәfәr ağaya bu mәz mun da bir müx -
tәsәr kağız yazdı:
“Әzizim! Bir hәftәyәdәk, ümidvaram, İrәvana gәlim övrәt-uşaq ilә.
Artıq-artıq tәvәqqe edirәm, buyurasan bizim otaqlara fәrş salıb, әlbәttә-
әlbәttә peçlәri yandırsınlar ki, otaqların havası pişәzvәqt tәmizlәnsin vә isin - 53
sin, bәlkә, naxoş üçün oradan narahatçılıq üz vermәsin. Bu kağızın cava bını
mәnә teleqraf vasitәsilә yetirәsәn. Sәn mәnә dediyin işlәrin hamısını yer -
bәyer elәmişәm. Xudahafiz!
Sәnin xeyirxahın Vәli xan. Fi 12 noyabr”.
Xan kağızı bükdü qoydu paketә, üstünü yazıb vә markasını yapışdırıb,
istәdi nökәri çağırsın ki, aparıb salsın poçta; amma tez xanın yadına düşdü
ki, nökәri göndәrib özgә işә. Bu heyndә qapı döyüldü. Xan çıxdı vә gördü
ki, qapını döyәn xanın öz kәndlisi – “İtqapan” kәndinin әhli Noruzәlidi. Bu
şәxs çox vaxt xanın yanına gәlib-gedәr vә hәr gәlәndә olmaz ki, undan,
әriştәdәn, baldan, yağdan gәtirmәsin. Bu sәfәr dә Noruzәli әliboş gәl -
mәmişdi; çünki xanı görcәk әlağacını dayadı qapının bucağına vә başladı
qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü hәyәtә, “çoçi-
çoçi” deyә-deyә vә yükün arasından üç-dörd toyuq-cücәni çığırda-çığırda
yerә qoyub, yükü açıb dolu çuvalları saldı yerә vә xanın üzünә baxıb ikiqat
әyilib salam verdi. Xan salamı alıb dedi:
– A kişi, Noruzәli! Bu nә zәhmәtdi, çәkmisәn?
Noruzәli çuvalların kәndirini aça-aça cavab verdi:
– Bu nә sözdü, ay xan? Mәn ölәnә kimi sәnә qulam...
Bu sözü deyә-deyә Noruzәli başladı üstünün tozunu silmәyә... çünki
günortadan bir saat keçirdi vә ola bilәrdi ki, poçtun vaxtı keçsin, xanın
ağlına belә gәldi ki, yazdığı mәktubu versin Noruzәli aparıb salsın poçta.
Xan üzünü tutdu qonağa:
– Noruzәli, poçtxananı tanıyırsan?
Noruzәli cavab verdi: