Page 628 - antologiya - poeziya_175x250_Layout 1
P. 628
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Cәlil Mәmmәdquluzadә
(1866-1932)
52
Yazıçı, dramaturq, ictimai xadim. Mәşhur “Molla
Nәsrәddin” әdәbi mәktәbinin yaradıcısı. 1887-ci ildә
Qori Müәllimlәr Seminariyasını bitirib. Yaradıcılığının
erkәn dövründә “Çay dәstgahı” adlı alle qorik mәn zum
dramını, “Kişmiş oyunu” mәzhәkә si ni, bir qәdәr sonra –
1896-cı ildә “Danabaş kәndinin әhvalatları” povestini
qәlәmә alıb. Nәşrә 1906-cı ildә başlamış “Molla
Nәsrәddin” jurnalı ilә Azәrbaycanda, elәcә dә türk-
müsәlman dünyasında satirik jurnalisti kanın әsa sını
qoyub. “Usta Zeynal”, “Poçt qutusu”, “İki alma”,
“İranda hürriyyәt”, “Qurbanәli bәy”, “Pirverdinin
xoruzu”, “Quzu” kimi klassik hekayәlәrin, “Ölülәr”,
“Dәli yığıncağı”, “Anamın kitabı” kimi ölmәz dram
әsәrlәrinin, yüzlәrlә felyetonun müәlli fi dir. Әsәrlәrinin
motivlәri әsasında “O olmasın, bu olsun” “Poçt qu-
tusu”, “Quzu”, “Qәm pәncәrәsi”, “Qurban әli bәy”,
“Nigarançılıq”, “Lal” adlı tamme t rajlı bәdii filmlәr vә
film-tamaşalar çәkilib.