Page 624 - antologiya - poeziya_175x250_Layout 1
P. 624

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    әql vә fәrasә tindәn vә qaideyi-cahan dar lığından elçi vә әmәlәsi vәcd etdilәr.
                    Bilkülliyyә mәramlarına nail olub tühәf vә hәdaya ilә mürәxxәs oldular vә
                    kәmali-rizamәndlikdә müavidәt elәdilәr.
                        Yusif şahın cülusundan bir hәftә keçdi. Hәr gün onun hәsәnatından vә
                    әdalәtindәn növ-növ әlamәtlәr xalqa zahir olurdu. İran üçün әyyami-fi -
                    ruzluq, әyyami-sәadәt vә iqbal üz verdi. Lakin çifayda, bәni-növi-bәşәr heç
                    vaxt yaxşı günә dözmәz. Bizim babamız Adәmә vә anamız Hәvvaya cәn   -
                    nәt dә nә әksik idi ki, genә Allahın әmrini sındırdılar vә cәnnәtdәn qo vul dular?
                    İnsan belәdir!
                        Әhli-Qәzvin hәr gün qәlә qapılarından adam şaqqalarını asılmış gör -
                    mәdilәr vә şah meydanında cәlladların adam şaqqalamaqlarını vә dardan
                    as maqlarını vә göz çıxarmaqlarını müşahidә etmәdilәr. Bu keyfiyyәt olara
                    xey li qәrib göründü. Әvvәl dedilәr ki:
                        “Görünür, bu tәzә padşah çox rәhmli vә helmli adamdır!”
               48
                        Sonra onun rәhminә vә helminә bәhslәr varid etdilәr. Bunu süst-rәyliyә
                    vә zәifülmizaclığa hәml qıldılar. Bundan әlavә, dәxi Yusif şahda hezar günә
                    özgә eyblәr tapdılar. Müxtәsәri-kәlam bir belә ziyadә rәhmli padşahın tәhti-
                    әm rindә zindәkanlıq etmәk nәhayәt dәrәcәdә mәlal-әfza göründü.
                        Ümә  nayi-mәzul xalqın bu növ niyyәtini istinbat etdilәr vә onu qәnimәt
                    bil mәyә fürsәti fövt etmәdilәr. Hәr birisinin başına şuriş vә tuğyan xәyalı
                    düşdü vә tezliklә Qәzvindә şurişi-әzim bәrpa oldu. Şurişin әvvәlimci sәbәbi
                    mәzul miraxur idi ki, küçәdә köhnә xәzinәdara rast gәlib, ona yoldaş olub
                    soruşdu:
                        – Sәn Allah, Mirzә hәbib, de görüm, xalq bizim tәzә padşahımızın
                    haqqında nә danışır?
                        Mirzә Hәbib cavab verdi ki:
                        – Xalqın tәzә padşahdan zәhlәsi gedir. Onu süstrәy vә bikarә bilirlәr.
                         Miraxur:
                        – Vallah, Mirzә Hәbib, xalq bizdәn әqillidir. Doğru deyirlәr. Sәn Allah,
                    bu necә әhmәqlik idi ki, biz elәdik? Bir sәrraci-birütbәni gәtirib özümüzә
                    padşah qayırdıq, başımıza bәla açdıq. Qulluğumuzun vә ixlasımızın
                    әvәzindә mәnsәbimizi dә әlimizdәn aldı. İndi vilayәt içindә bir itcә abrumuz
                    yoxdur. Vallah, belә rusvaylıq olmaz ki, biz tutduq...
                        Xәzinәdar:
                        – Mәgәr biz onu padşah elәdik! Şah Abbas belә buyurdu; carәmiz nә
                    idi?
                        Miraxur:
                        – Xub, Şah Abbas o vaxt padşah idi, hökmü bizә rәvan idi. İndi ki, Şah
                    Abbas yoxdur, aya bizә nә manedir ki, bu mәlun vә bidini ki, deyirlәr tәna -
   619   620   621   622   623   624   625   626   627   628   629