Page 621 - antologiya - poeziya_175x250_Layout 1
P. 621
Ìèðçÿ Ôÿòÿëè Àõóíäçàäÿ
Xacә Mübarәk şeylәri iki nәfәr fәrraşa götürdüb getdi.
Bu vaxt gün qürub etdi. Pişxidmәtbaşının tәklifi ilә şah qayıtdı
әvvәlinci otağa. Qızıl şamdanlar yanmışdı. Süfrә döşәnmişdi. Şah әvvәl
vüzu edib şam vә xüftәn namazını әda etdi, sonra süfrә üstündә oturdu.
Pişxidmәtlәr rәngarәng tәamlar hazır etdilәr. Şah yedi, doydu, süfrә yığıldı.
Abtaba-lәgәn gәldi, şah әlini yudu. Qәhvә gәtirdilәr, içdi. Qәlyan verdilәr,
çәkdi.
Bu halda fәrraşbaşı Әsәd bәy daxil olub fәrmayişi bitirdiyini әrz etdi.
Şah buyurdu ki:
– Çox yaxşı, mürәxxәssәn!
Sonra xacә Mübarәk qayıdıb şeylәri yetirmәyini әrz elәdi vә dedi ki:
– Şahın övrәti vә qızları göndәrilәn töhfәlәrdәn qayәtdә vәcd etdilәr.
Nәinki onun cәhәtindәn әndişә etmirlәr, bәlkә, bu qәziyeyi-qeyri-
mütәrәqqibәdәn çox sevinirlәr vә şadlıqdan tullanıb-düşürlәr. 45
Şah övrәt-uşağı tәrәfindәn xatircәm oldu. Xacә Mübarәkdәn vә
pişxidmәtbaşıdan bir para әhvalat soruşdu. Gecәdәn dörd saat keçdi. Ayağa
durub xabgahına gәldi; rәxti-xabını saldılar.
Pişxidmәtbaşıya buyurdu ki:
– Qaravul müvәkkillәrinә tapşır: qәrari-sabiq üzrә hәr yerdә qaravul
qoysunlar.
Sonra rәxti-xabına girib yatdı. Pişxidmәtbaşı vә xacә Mübarәk çıxdılar.
Hәr birisi öz mәqamına getdi.
Sabahı gün Yusif şah salam otağına tәşrif gәtirib, Molla Rәmәzanı vә
Qurban bәyi vә Mirzә Cәlili vә Mirzә Zәkini ki, onun dostlarından idilәr vә
şahın olara hәr xüsusda vüsuqu var idi, ehzar elәdi, mәnsәbi-mollabaşılığı
verdi Molla Rәmәzana, sәrdarlığı hәvalә elәdi Qurban bәyә, xanlıq lәqәbilә
vәzarәti tapşırdı Mirzә Cәlilә, müstövfiliyi Mirzә Zәkiyә, münәccimbaşılıq
mәnsәbini bilmәrrә mәtruk etdi ki, dövlәtә vә millәtә zәrәrdәn başqa, bir
faydası yox idi. Buyurdu tamam vilayәt hakimlәrinә elamnamә vә hökmi-
müәkkәd göndәrilsin ki, bu gündәn sonra hәrgiz cürәt etmәsinlәr ki,
biduni-tәcvizi-şәri-şәrif bir müsәlmanı mövridi-müaxizәyә gәtirsinlәr vә
bacarmasınlar ki, mәhz hәvayi-nәfslәri ilә bir kәsi cәrimә edәlәr vә ya qәtlә
gәtirәlәr vә ya burun-qulağın kәsәlәr, gözün çıxardalar vә hökmdәn әlavә,
hәr vilayәtә mötәmid baxıcılar tәyin oldu ki, gedib vilayәtlәrin әhvalından
vә xalqın hәvaicindәn xәbәrdar olub, gәlib әrz etsinlәr.
Yusif şah bu baxıcıları hüzura istәyib dedi ki:
– Hakimi-vilayәtlәrә mәnim tәrәfimdәn elam edәrsiniz ki, Allahdan
qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvәt