Page 619 - antologiya - poeziya_175x250_Layout 1
P. 619

Ìèðçÿ Ôÿòÿëè Àõóíäçàäÿ


                – Siz kimsiniz?
                Әzim bәy pişxidmәtbaşı cavab verdi ki:
                – Biz sizin kәminә nökәrlәriniz, pişxidmәtlәrik, mәn buların rәisiyәm,
            bular da mәnә tabedirlәr.
                Yusif şah soruşdu ki:
                – Bәs o dişqarıda görükәnlәr kimdir?
                Әzim bәy cavab verdi ki:
                – Olar da firqeyi-fәrraşdır ki, hәmişә xidmәt üçün kәmәrbәstәdirlәr.
                Yusif şah buyurdu ki:
                – Siz dәxi çölә çıxın. Xacә Mübarәk, sәnin zirdәstlәrin dә çölә
            çıxsınlar, sәn qal! Elә ki hamısı qayib oldu, Yusif şah xacә Mübarәki yanına
            çağırıb dedi ki:
                – Sәnin bәşәrәndәn mәn görürәm ki, sәn gәrәk yaxşı adam olasan. Sәn
            Allah, mәnә söylә görüm ki, bu qәziyyәyә sәbәb nәdir? Çünki sәn hәmişә
            Şah Abbasın әndәrununda olubsan, mümkün deyil ki, bu qәziyyә sәnә      43
            mәlum olmasın.
                Xacә Mübarәk vaqiәn çox saf vә sadiq adam idi. Fikir etdi ki, qibleyi-
            alәmin sualında hәqiqәti gizlәtmәk cayiz deyil. Çünki hәmişә şah Abbas
            oturan otağın qapısının dalında dururdu ki, çağırılan saat xidmәt üçün hazır
            olsun, ona binaәn, keçәn gündә vaqe olan güzarişi vә әrkani-mәşvәrәtin
            göftgusunu tamam eşitmişdi, әhvalatdan xәbәrdar idi. Qәziyyәni ibtidadan
            intihayadәk Yusif şaha nәql etdi.
                Yusif şah soruşdu ki:
                – Bәs Şah Abbas haradadır?
                Xacә Mübarәk cavab verdi ki:
                – Bir gәda libası ilә mülәbbәs olub napәdid oldu. Mәlum deyil ki,
            hardadır.
                Yusif şah aqil adam idi. Kәvakibdәn onun hәrgiz qorxusu yox idi.
            Ancaq bu növ qeyri-mütәar әf tәriq ilә tәrәqqi etmәk onun ürәyinә bir vәhşәt
            vә qorxu salırdı. Nәhayәt, bir belә cәmaәtin vücudu ilә sәltәnәtdәn özünü
            kәnar tutmağa әsla çarә görmәdi. Naçar ümuri-sәltәnәtin icrasına iqdam
            etdi. İbtida fәrraşbaşı Әsәd bәyi ehzar elәdi, buyurdu ki:
                – Bu saatda on iki fәrraş özünlә götürәrsәn, gedәrsәn mollabaşı Axund
            Sәmәdi vә sәrdar Zaman xanı vә vәzir Mirzә Möhsünü vә müstövfi Mirzә
            Yәhyanı vә münәccimbaşı Sәdrәddini vә mövlana Cәmalәddini tutarsan,
            apararsan salarsan Әrkdә olan zindana, qayıdarsan gәlәrsәn, әncami-
            fәrmayişi mәnә әrz elәrsәn!
                Әsәd bәy baş vurub rәvanә oldu. Sonra Yusif şah pişxidmәtbaşı Әzim
            bәyi ehzar edib buyurdu ki:
   614   615   616   617   618   619   620   621   622   623   624