Page 618 - antologiya - poeziya_175x250_Layout 1
P. 618
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Dәrbari-şahinin qapısında fәrraşlar Yusif Sәrracı atdan düşürdülәr.
Mollabaşı vә sәrdar Zaman xan qolundan yapışıb kәmali-tәzim ilә imarәtin
otağına daxil etdilәr vә sәltәnәt tәxtinin üstündә oturtdular. Әrkani-dövlәt,
ülәma vә sadat, әyan vә әşraf vә әrbabi-mәnasib otağın qabağında sәf çәkib
әl-әl üstә durdular. Mollabaşı dua oxuyub taci-sәltәnәti qoydu Yusif Sәrracın
başına, şәmşir vә kәmәri-mürәssәini bağladı belinә, cәvahir bazubәndlәri
asdı qollarından, mükәllәl toppuzu verdi әlinә, genә bir dua oxuyub, üzün
xәlqә tutub dedi:
– Mübarәkbad edin!
Mübarәkbad sәdası xalqdan asimanә bülәnd oldu vә bargahın imarәt -
lәrindәn әksi tәkrar tapdı. Kәrrәnayi-şadiyanә başlandı çalınmağa. Bu halda
sәrayi-şahidәn göyә bir fişәng buraxdılar. Bu әlamәtә görә, şәhәrdәn xaric
qәlә toplarından yüz on tir şәnlik topu atdılar.
Әgәrçi Sәdi vә hafizdәn sonra İranda şeir qayәtdә tәnәzzülә düşüb
42
şüәranın әşarı küllәn bimәzmun vә mәhz puç lәffazlıq olmuşdu, amma genә
әlhәmdü-lillah o halda bir neçә nәfәr sahibi-cövhәr şair peyda oldu ki,
bәdahәtәn cülusi-hümayun üçün qәsaidi-qәrra inşa edib, Yusif şahın tәxtә
çıxmağını tәrif vә özünü hikmәtdә – Süleymana, sәxavәtdә – Hatәmә,
şücaәtdә – Rüstәmә, qüdrәtdә – qәza vә qәdәrә tәşbeh elәyib nәzәrdәn
keçirdilәr vә tarixi-cülusunu nüktәsәn-cani-Qәzvin belә tapdılar:
“Şahi-xu ban nәbud Yusifi-ma,
Leyk u şahi-mülki-İran şod”. 1
Elә ki bu әmal tamam oldu, mollabaşı xalqa elan etdi ki:
– Mürәxxәssiniz!
Hamı dәrbari-şahidәn çıxdı, ancaq Yusif şah qaldı tәxtin üstündә,
qabağında xacә Mübarәk, başqa bir neçә xacә ilә vә Әzim bәy pişxidmәtbaşı
vә bir neçә pişxidmәt vә otaqdan dişrә fәrraşlar.
Yusif şah tәhәyyür alәmindә fikrә piçidә oldu. Bir neçә dәqiqәdәn
sonra xacә Mübarәkә üzün tutub soruşdu:
– Siz kimsiniz?
Xacә Mübarәk cavab verdi ki:
– Biz sizin çakәrani-müxlisiniz; xacәgani-hәrәmik, mәn buların
böyüyü vә bular da mәnim zirdәstlәrimdirlәr.
Sonra pişxidmәtlәrә üzün çevirib soruşdu ki:
1 Bizim Yusif gö zәl lәrin şahı deyildi,
Amma İran mülkünün şahı oldu.