Page 616 - antologiya - poeziya_175x250_Layout 1
P. 616

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        O birisi dilbәr Qәzvin әhlindәn bir tacirin qızı vә bir cavan vә xoşru
                    oğ  lana namizәd idi. Xubru olmaq üçün qәflәtәn şahın dәllallarının çuğul -
                    çuluğu ilә atasından mütalibә olunub şahın hәrәmxanәsinә daxil olmuşdu;
                    zikr olunan keyfiyyәti öz arzusuna yetişmәyә vәsilә bilib atası evinә qayıtdı
                    vә namizәdinә vasil oldu.
                        Sair hәrәmlәrin nikahı mücәddәdәn Abbas Mәhәmmәd oğluna oxunub
                    xacә Mübarәkә әmr olundu ki, cümlәsini haman saat Qәzvinin altıncı küçә -
                    sinin başında müәyyәn olunan bir evә piyadә götürüb yetirsin, özü
                    dәr bari-şahiyә qayıtsın. Sonra Abbas Mәhәmmәd oğlu hәrәmxanәdәn çıxıb
                    uzaqlaşdı, napәdid oldu.
                        Yusif Sәrracın dükanı şah mәscidinin meydanının mәşriq sәmtindә
                    vaqe idi. Günortadan iki saat keçmişdi. Yusif Sәrrac fәrizeyi-zöhrü әda edib,
                    oturub, әlindә bir cilovu tikib tamam edirdi, çünki müştәri tapşırmışdı ki,
               40   gәrәk o gün hazır ola. Yanında dostlarından iki nәfәr dәxi var idi ki, onun
                    söhbәtinә qulaq asırdılar. Yusif Sәrrac bahalıqdan şikayәt edirdi ki, biçarә
                    fәqir kәslәr haman il çox iztiraba düşmüşdülәr; çünki keçәn il nәhayәtdә
                    quraqlıq olmaq sәbәbilә vә Qәzvinin әtrafında suyun qillәti cәhәtilә әksәri-
                    mәhsulat yanıb әmәlә gәlmәmişdi. Bu keyfiyyәt bahalığa bais olmuşdu.
                    Yusif Sәrrac deyirdi:
                        – Tәәccüb edirәm bu dövlәtdәn ki, Qәzvinә su çıxarmaq üçün hәzar
                    günә istitaәt vә qüdrәti var, amma belә qәflәtdәdir ki, әsla bu әmrә mültәfit
                    olmayıb öz rәayasının halına vә paytәxtinin revnәqinә tәvәccöh etmir.
                        Bu halda meydanın mәğrib sәmtindәn bulud kimi toz qalxdı. Yusif
                    Sәrrac iynәsi әlindә başın yuxarı qovzadı, gördü ki, bir әsas peyda oldu vә
                    әsla xәyalından keçirmәdi ki, bu әsas vә tәdarük onun üçündür.
                        Qabaqda on iki şatır qıvraq geyinmiş, çәharguşә berk başlarında,
                    onların dalısınca on iki әlәmdar әlvan әlәmlәr әllәrindә, sonra dәsteyi-
                    pişxidmәtan ki, birisinin başında bir mәcmәi var idi. Dәstәyi-fәrraş,
                    әllәrindә ağac, onların әqәbindә miraxur, yedәyindә bir türkmәn atı; cәvahir
                    nişan yәhәr vә әzbab üstündә, mürәssә rәxt başında, mirvarid sinәbәnd
                    döşündә, zümrüd qotaz boynunda.
                        Bunlardan sonra mollabaşı vә sәrdar Zaman xan, vәzir vә müstövfi vә
                    mövlana Cәmalәddin vә münәccimbaşı, ülәmayi-giram vә sadati-üzam vә
                    sair әyan vә әşrәf vә әrbabi-mәnasib vә bir dәstә piyada vә bir dәstә atlı
                    kәmali-şükuh vә aram ilә gәlirdilәr.
                        Elә ki Yusif Sәrracın dükanına bәrabәr oldular, hamısı dayandı. Mol -
                    labaşı vә sәrdar irәli durub, Yusif Sәrraca kürnuş etdilәr. Yusif Sәrrac aya ğa
                    durub tәvazö elәdi, amma qayәt tәәccübdә. Sonra mollabaşı tәkәl lümә gәlib
                    dedi:
   611   612   613   614   615   616   617   618   619   620   621