Page 615 - antologiya - poeziya_175x250_Layout 1
P. 615

Ìèðçÿ Ôÿòÿëè Àõóíäçàäÿ


            Xubani-hәrәm onu bu heyәtdә görәndә az qaldılar qәhqәhә etsinlәr, amma
            şahın mühib baxışı vә qaşqabağı olara bu hәrәkәtdәn mane oldu. Şah haman
            saat xacә Mübarәkә buyurdu ki:
                – Molla Rәsulu özünün iki yoldaşı ilә hüzura gәtir!
                Mollalar dişqarıda piş-әz-vәqt hazır olmuşdular. Hüzura daxil olduqda
            şah oturmağı işarә etdi. Sonra üzün hәrәmlәrә tutub xitab elәdi:
                – Mәnim әziz hәmfiraşlarım! Mәn kәmali-әfsus ilә mәcburam ki, bir
            yaman xәbәr sizә elam edim. Sizә mәlum olsun ki, indi mәn dәxi İranın
            padişahı deyilәm, dәxi mәnim imarәtim vә dövlәtim yoxdur ki, sizi zinәt
            vә zivәrdә vә alişan otaqlarda saxlıyam. Mәn әfradi-nasdan bir fәqir vә biçiz
            kimsәnәyәm. Ona binaәn labüddәm ki, sizin tәlağınızı verib cümlәnizi azad
            edim ki, hәr kәsә meyiliniz olsa, onu ixtiyar edәsiniz.
                Sonra üzün Molla Rәsula tutub buyurdu ki:
                – Buların siğeyi-tәlaqlarını cari eylә!                            39
                Molla Rәsul hamısının tәlağını yanındakı әdleyn hüzurunda oxudu.
                Xubani-hәrәm gördülәr ki, bir qәribә iş üz verdi, çox xövfә vә iztiraba
            düşdülәr, heç keyfiyyәtdәn hali olmadıqları üçün bilmәdilәr ki, bu necә
            qәziyyәdir. Cümlәsi heyran qaldı...
                Tәlaq tamam olduqda şahın buyruğu ilә ola rın kәbin kağızlarını xacә
            Mübarәk yırtdı. Şah dübarә xubani-hәrәmә mütәvәcceh olub dedi ki:
                – Әgәr sizdәn hәr biriniz fәqrә vә qәnaәtә razı olub, mәni, yәni Abbas
            Mәhәmmәd oğlunu әrliyә qәbul edirsә, tәzәdәn bu ibarәt ilә ona siğeyi-
            nikah oxutdurram.
                 Hәrәmlәrin küllisi tәzәdәn razı oldular ki, şaha mәnkuhә olsunlar;
            çünki şah çox cavan vә göyçәk oğlan idi vә bir dә hәrәmlәr bu әmri zarafat
            kimi bir şey qiyas edirdilәr vә hәrgiz әqillәrinә çatmırdı ki, Şah Abbas qәf -
            lәtәn bir Abbas Mәhәmmәd oğlu ola. Amma oların cümlәsindәn iki nәfәr
            dilbәri-xubru ki, xilafi-rizaları ilә şahın hәrәmxanәsinә-düşmüşdülәr, qayәt
            şәrm ilә vә ahәstә sәslә әrz etdilәr ki:
                – Biz padişaha mәnkuhә olmuşduq vә öz bәxtimizdәn vә dәrәcәmizdәn
            çox xoşnud idik; indi ki, bu bәxtәvәrlikdәn mәhrum olduq, Abbas Mәhәm -
            mәd oğluna әrә getmәyi qәbul etmirik. Haman saat bu iki nәfәr mürәx xәs
            oldu. Oların birisi gürcü qızı idi ki, Gürcüstan valisi şaha peşkәş göndәr -
            mişdi; haman günün sabahısı öz әmisi oğlu ilә tamam cәvahiratın vә
            mәl bu satın götürüb, ziyadә pul ilә vәtәninә müraciәt etdi. Gürcüstanda onun
            nәqlinә bavәr etmәyib belә fәrz edirdilәr ki, guya o qaçıbdır vә istәyirdilәr
            ki, onu geri qaytarsınlar. Amma bilmirәm ki, nә әmr vaqe oldu ki, onu unut -
            dul ar vә bu qız bir cavan gürcüyә әrә gedib axır ömrünәdәk Gürcüstanda
            qaldı.
   610   611   612   613   614   615   616   617   618   619   620