Page 80 - "Xəzər"
P. 80
ktub. Tomas Vulf TOMAS VULF

80
2015

Tomas Vulf az yaşayıb. Cəmi otuz səkkiz il (1900-1938). Amma öz qısa ömrünü
heç də küləyə verməyib. Dünya ədəbiyyatını “Evinə göz yetir, mələk” (1929) “Zaman
və çay haqqında” (1935), “Ölümdən səhərlərə qədər” (1935), “Dünyanın hörümçək
toru” (1939), “Evə dönüş yoxdu” (1940) və bu kimi bir sıra əsərlərlə zənginləşdirib.
Amerika ədəbi mühitində “itirilmiş nəsl”in ən parlaq nümayəndələrindən sayılan
Tomas Vulf bədii əsərlərindəki kimi, məktublarında da həmişə çılğın, səmimi olub,
həqiqətin yanında yer alıb. İstər məktubu anasına yazmış olsun, istərsə də dostlarına
– toxunduğu məsələlərə həmişə yetkin bir yazıçı təxəyyülü ilə yanaşması diqqət
çəkir. İnsan qəlbinin – bu sirli kainatın onu necə düşündürdüyü, məktublarından
da aydın görünür. Haçansa Uilyam Ceymsin dediyi: “Təsadüfən bir kitabxanaya
qaçıb girmiş itin, ya pişiyin orada saxlanan kitabların məzmunu barədə bildiyi nə
qədərsə, insanların da kainat haqda anlayışı ondan artıq deyil” kimi fikirlə barışmayan
yazıçı deyirdi ki, nəsə etməyin mümkünsüzlüyünə heç bir məntiqi dəlil onu inandıra
bilməz. O, fəlsəfənin mahiyyətcə həmişə axtarışda olduğunu qeyd edir, bununla
belə, üstünlüyü insan qəlbinin bitib-tükənmək bilməyən hiss və duyğularına verirdi.
Bir sözlə, Tomas Vulfun məktubları öz dövrünə ayna tutur desək, yanılmarıq...
   75   76   77   78   79   80   81   82   83   84   85