Page 136 - "Xəzər"
P. 136
an. Milorad Paviç136

2015

MİLORAD PAVİÇ

Görkəmli serb yazıçısı Milorad Paviç (1929-2009) çağdaş dünya ədəbiyyatının unikal
simalarından, bir romanla adını korifeylər sırasına yazdırmış nadir sənəkarlardandır.

Yaradıcılığa 1967-ci ildə çapdan çıxmış poetik toplu ilə sıradan bir şair kimi başlayan
Paviçin 1984-cü ildə yazdığı “Xəzər sözlüyü” romanı bütün dünyada ədəbi hadisə kimi
dəyərləndirildi, Avropa, ABŞ və Braziliyadan olan ekspertlər tərəfindən müəllifin Nobel
mükafatına namizədliyi irəli sürüldü, mütəxəssislər 100 000 sözdən ibarət bu kitabı
çağdaş dünyanın, öz vaxtını qabaqlamış ən yaxşı romanı elan etdilər.

Cənubi Amerikada “Müasir dövrün ən mühüm yazıçısı” tituluna layiq görülən,
fransız və ispan ədəbiyyat araşdırmaçılarının “XXI əsrin ilk kitabının müəllifi”, Avstriya
tədqiqatçılarının isə “Avropa modernizminin qərargah rəisi” adlandırdıqları Paviçin
çoxşaxəli yaradıcılığının daha dərin qatları “Konstantinopolda sonuncu məhəbbət”
(1994), “Balıq dərisindən şlyapa” (1996), “Şüşə ilbiz” (1998) romanlarında daha aydın
açılır.

Yazıçının 1991-ci ildə qələmə aldığı “Küləyin astar üzü” romanını oxuculara təqdim
edirik.
   131   132   133   134   135   136   137   138   139   140   141