Page 94 - "Xəzər"
P. 94
20 dekabr
Məsləhətləşdik, təşkilati məsələləri həll etdik. 2№-li düşərgədən Alexandronun başçılıq
etdiyi qrup gəldi. Bizim düşərgəyə yaxın yerdə onlar ayağına ip bağlanmış ölü maral görüblər.
Xoakin bir saat bundan əvvəl oradan keçib və gözünə heç nə dəyməyib. Düşündük ki, maralı ora
bizə məlum olmayan səbəblərdən valyeqrandeli atıb. Mən qarovul qoydum və əgər peyda olarsa,
ovçunu tutub gətirmələri üçün iki döyüşçünü pusquda durmağa göndərdim. Sonra məlum oldu ki,
maral çoxdan ölüb və artıq iylənib. Xoakin də geri qayıdıb onu gördüyünü təsdiqlədi. Koko və
Loronun maralı göstərdikləri valyeqrandeli onu bir neçə gün bundan qabaq vurduğunu etiraf etdi.
Məsələyə aydınlıq gətirildi.
Mən prezidentin informasiya xidmətindəki adamla əlaqə qurmağı ləngitməmək göstərişi
verdim. (Koko indiyə qədər bu məsələnin başını boş buraxıb.) Mexiya ondan başqa həm də Sançes,
Tanya və partiyanın sonra müəyyənləşdirəcəyimiz – yəqin ki, Vilyamontesdən seçəcəyimiz
nümayəndəsilə də işləyəcək informasiya xidmətinin rəhbəri və İvan arasında əlaqələndirici olacaq.
Maniladan məktub gəldi: Monxe cənubdan qayıdır.
Yerli kompartiyanın konspirasiya ilə bağlı problemi yoxdur; amma düzü, yoldaşlarının
Monxeyə etibar etməmələri düşündürücüdür.
Gecə saat 1-də La-Pasdan Monxenin gəlib-gəlmədiyini xəbər verməlidirlər.
İvan problemsiz ticarət işləri ilə məşğul ola bilərdi, amma qabiliyyətsizcəsinə düzəldilmiş
saxta pasportu ona bunu etməyə imkan vermir. Yenisini düzəltmək lazımdır. Maniladakı dostlara
yazacağam ki, bu işi ləngitməsinlər.
Tanya tezliklə yeni göstərişlər almaq üçün gələcək.
Qərara gəldik ki, Rikardo, İvan və Koko Kamiridən təyyarə ilə uçacaqlar, “cip” isə burada
qalacaq. Geri dönəndə onlar Laqunilyasa zəng edəcəklər və Xorxe qaranlıq düşəndən sonra “cip”lə
onların dalınca gedəcək. Gecə saat 1-də La-Pasla əlaqə yarada bilmədik. Səhər tezdən gənclər
Kamiriyə yola düşdülər.
1967
5 yanvar
Köhnə düşərgədən əşyaları daşımağa davam etdik. Görünür, hələ bir neçə reys də etməli
olacağıq. Generator yerləşdiriləcək anbar da daxil olmaqla radiostansiya üçün qazma bütün
yardımçı çalaları ilə birgə hazırdır. Aryerqardın və əsas qrupun silahlarını gözdən keçirdik.
Ümumilikdə hər şey qaydasındadır, təkcə Apolinarın tüfəngində nasazlıq var. Bütün kəşfiyyatçılar
qayıtdılar. İnti və Karlos Nyakauasu boyunca irəliləyib adamlara rast gəliblər. İkisi ortabab
mülkədarlara məxsus olan bir neçə mülk də görüblər. Patronlardan birinin 150 inəyi var, özü isə
Laqunilyasda yaşayır. Yaxınlıqda İti adlı kiçik bir kənd var: bu kənddən La-Erraduradan
Laqunilyasa aparan yol keçir. Sonra kəşfiyyatçılar yük maşınlarının Vaka-Qusmana getdiyi
Tikuçiyə yollanıblar. Geri bizim Yaki adlandırdığımız İkira çayı boyunca qarmaq kimi burulan
cığırla dönüblər. Hipotetik Yaki qəsəbəsi atılmış cəmi bir rançodan ibarətdir. Kəndlilər epidemiya
üzündən müflisləşdiyinə görə onu tərk ediblər. Xoakin və El Mediko [Moro] aşılmaz qayaya
dirənincəyə qədər İkira boyunca irəliləyiblər. Adamlara rast gəlməyiblər, amma izlər görüblər.
Markos34, Migel və Beninyo sıra dağlar boyunca uçuruma qədər gedib çıxıblar. Ondan o yana yol
yoxdur.
Dəstəmizdə artım var: İnti diri kəklik tutub gətirib. Ona əsgər addımı atmaq öyrədir.
34 Markos (Pinares) – Antonio Sançes Dias. Kubalı. Kuba Kommunist Partiyası MK-nın üzvü. Ön dəstənin
komandiri olub. Bir sıra ciddi səhvlərinə görə vəzifəsi sıravi əsgərə qədər kiçildilib və aryerqarda keçirilib. 1967-ci il
iyunun 2-də Xoakinin qrupu üçün azuqə əldə edərkən Belya-Vista rayonunda pusquya düşüb və qətlə yetirilib.
94