Page 93 - "Xəzər"
P. 93
Bir az da ordan-burdan söhbət etdik. Çino bir neçə fotoşəklimizi götürüb elə gəldiyi ruh
yüksəkliyi ilə də bizimlə vidalaşdı. Kokonun vəzifəsi Sançeslə20 (onunla mən sonra görüşəcəyəm),
eləcə də İntinin prezidentin informasiya xidmətinə rəhbərlik edən və bizimlə çalışmağa hazır
olduğunu bildirən qaynı ilə əlaqə yaratmaqdır. Şəhərdəki agentura şəbəkəsi hələ bələkdədir.

11 dekabr

Gün sakit keçdi. Gecəyə yaxın Koko və Papi gəlib çıxdılar: özləri ilə Alexandro21, Arturo22
və boliviyalı Karlosu23 gətirdilər. Həmişəki kimi ikinci “cip”i yol qırağında saxlamışdılar. Sonra
həkim Moronu24, Beninyonu25 və daha iki boliviyalını – Karanavi rançosundan26 olan kamba27
hindilərini də gətirdilər. Gecə bu cür şərait üçün təbii olan yol sərgüzəştləri haqqında söhbətlərlə
keçdi. Antonio28 və Feliksin29 yoxluğunu müzakirə etdik (onlar birinci gəlməli idilər). Papi ilə
danışıb ona daha iki səfər edərək Renan30 və Tanyanı31 da gətirməyi tapşırdım. Şəhərdəki hər iki
evi satacağıq, xəlvətxanalardan pul götürüb Sançesə 1000 dollar verəcəyik. O, kiçik furqonu özünə
saxlayacaq. “cip”lərdən birini Tanyaya satacağıq, ikincisi bizdə qalacaq. Bundan başqa, hələ silah
dalınca da getmək lazımdır. Mən bütün Boliviyanın gözü qarşısında yükü burdan-ora yükləməmək
üçün bir “cip”lə getməyi əmr etdim. Çino ruh yüksəkliyindən zingildəyə-zingildəyə Kubaya yola
düşdü. Qayıdandan sonra bizə qoşulmaq niyyətindədir. Koko ərzaq almaq üçün Kamiridə qaldı.
Papi La-Pasa qayıtdı. Təhlükəli hadisə baş verdi; valyeqrandeli ovçu32 bizim izimizə rast gəlib,
bizlərdən birini görüb və Pombonun33 salıb itirdiyi əlcəyi tapıb. Bu, planlarımızı dəyişir: sayıqlığı
artırmaq lazımdır. Antonio sabah valyeqrandelini tapir üçün qoyulan tələlərə baxmağa aparacaq.
İnti salam-kəlamdan dərhal sonra Kubanın uzun əli haqqında söhbət salan, yolda isə partiya razılıq
verməyincə əlinə silah almayacağını bəyan edən boliviyalı tələbə Karlosla bağlı narahatlığını
bölüşdü. İntinin sözlərinə görə, bu tələbəyə məsələni sona qədər araşdırmayan Rodolfo zəmanət
verib.

20 Xulio Daqnino Paçeko – Peruda Azadlıq ordusunun maraqlarını təmsil edən perulu jurnalist
21 Alexandro – Qustavo Maçin Oed de Beçe. Kubalı. 1967-ci il avqustun 31-də Vado del Yeso keçidi yaxınlığındakı
döyüşdə qətlə yetirlib.
22 Arturo – Rene Martines Tamayo. Kubalı. 1967-ci il oktyabrın 8-də Kebrado de El-Yuro dərəsində qətlə yetirilib.
23 Karlos – Lorxio Vaka Marçetti. Boliviyalı. 1967-ci il martın 16-da təlim yürüşü zamanı Rio-Qrandedən keçərkən
boğulub.
24 Moro (Moroqoro, Muqanqa, El Mediko, Tavito) – Oktavio de la Konsepsion de la Pedraxa. Kubalı.
Müharibənin son mərhələsində ağır xəstələnib və buna görə də Kebrado de El-Yuro dərəsində döyüş başlayan zaman
Çe onu Eustakio və Çapako ilə birlikdə Pablitonun yanında qoyub. Pablitonun qrupu Miske və Rio-Qrande çaylarının
qovuşuğunda yerləşən Kaxonesə qədər irəliləsə də, 1967-ci il oktyabrın 14-də burada məhv edilib.
25 Beninyo – Dariel Alarkon Ramires. Kubalı. Kebrado de El-Yuro dərəsində baş verən döyüşdə iştirak edib, bundan
sonra Urbano və Pombo ilə birlikdə Çiliyə qaçıb. 1968-ci il mart ayının 6-da Kubaya qayıdıb. 1995-ci ildə “Sağ
qalanlar” adlı xatiratlar kitabını çap etdirib. 1996-cı ildə Kuba inqilabına qarşı çıxıb.
26 La-Pas ştatının Şimali Yunqas əyalətinin Karanavi rayonunda yerləşən və üsyançılara mənsub olan ranço
27 Orlando Ximenes Bazan (Kamba) və Xulio Mendes Korne (Nyato). Kamba – Boliviyanın şərqində yaşayan
hindi tayfası
28 Antonio (Olo) – Orlando Pantoxa Tamayo. Kubalı. 1967-ci il 8 oktyabrda Kebrado de El-Yuro dərəsində qətlə
yetirilib.
29 Feliks (Rubio) – Xesus Suares Qayol. Kubalı. Kuba Kommunist Partiyası MK-nın üzvü. 1967-ci il aprelin 10-da
Boliviya ordusunun 11 itki verdiyi İripiti yaxınlığındakı döyüşdə qətlə yetirilib. O, Boliviya əməliyyatı zamanı
döyüşdə öldürülən birinci partizan olub.
30 Renan (İvan) – İvan Montero. Kubalı. Partizan müharibəsi başlayana qədər La-Pas və Havana arasında
əlaqələndirici olub. Nikaraquadakı inqilabi-azadlıq mübarizəsində iştirak edib. 1979-1990-cı illərdə sandinist
hökümətin kəşfiyyat aparatında çalışıb.
31 Tanya – Ayde-Tamara Bunke Bider. Alman əsilli argentinalı. 1967-ci il avqustun 31-də Vado del Yeso keçidi
yaxınlığında baş vermiş döyüşdə qətlə yetirilib.
32 Tomas Rosales – Valyeqrande şəhərindən olan
33 Pombo – Qarri Vilyeqas Tamayo. Kubalı. Kebrado de El-Yuro dərəsindəki döyüş zamanı Pombo, İnti, Dario,
Beninyo və Urbano mühasirəni yara biliblər. Boliviya Kommunist Partiyasının dəstəyi ilə əvvəlcə Koçabambaya,
sonra isə Oruroya gəliblər. Buradan üç kubalı Çili sərhədinə yollanıblar və 1968-ci il martın 6-ı Kubaya qayıdıblar.

93
   88   89   90   91   92   93   94   95   96   97   98