Page 98 - "Xəzər"
P. 98
Gözlənilməz hadisələrlə dolu gərgin gün. Çox az irəlilədik. Ova yollanan Rolandonun geri
dönməsini gözləmədən səhər saat 10-da düşərgəni tərk etdik. Saat yarımdan sonra maçeteroslarla
(Urbano, Migel, Tuma), ovçularla (El Mediko [Moro] və Çinçu [Rikardo]) qarşılaşdıq. Sonuncular
xeyli tutuquşu tutub, digər sahildə dəmir çən görəndən sonra geri dönüblər. Mən düşərgə salmağı
əmr etdim və çənə baxmağa yollandım: neft quyusuna oxşayır. İnti və Rikardo çayı üzüb keçərək
ovçu cildində kəşfiyyata yollandılar. Paltarlarını çıxarmadılar. Yarıyolda İnti boğulmağa başladı,
Rikardo onu güc-bəlayla xilas etdi. Zorla, çığır-bağırla qarşı sahilə çıxdılar və gözdən itdilər. Bu,
günorta vaxtı baş verdi. 15.15-də mən çay sahilindən ayrılanda onlar hələ gəlib çıxmamışdılar.
Bütün axşamı onları gözlədik. 21.00-da qayıdıb gələn sonuncu növbətçi də o biri sahildə heç kimi
görmədiyini dedi.

Çox narahatam: iki dəyərli yoldaşımız, bəlkə də, təhlükə ilə üz-üzədirlər, biz isə bundan
xəbərsizik. Qərara gəldik ki, sabah tezdən iki ən yaxşı üzgüçümüz – Alexandro və Rolando onları
axtarmağa yollanacaq.

Palma özəyimiz olmasa da Rolandonun vurduğu bir yığın tutuquşunun və iki meymunun
hesabına əvvəlki günlərlə müqayisədə daha doyumlu axşam yeməyi yedik.

16 mart

Atı yemək qərarına gəldik. Belə ki, yoldaşlarımızın çoxunun ayağı şişib və bu da ciddi
narahatlıq doğurur. Ayaq şişindən Migel, İnti, Urbano və Alexandro bu və ya digər dərəcədə
əziyyət çəkir. Mən də zəifləmişəm. Biz hesablamışdıq ki, Xoakin öz adamları ilə birgə çayı keçib
bizə qoşulacaq, amma belə olmadı. Səhər tezdən Rubio və El Mediko [Ernesto] ona köməyə
yollandılar, ancaq axınla bacarmayıb suda gözdən itdilər. Xoakin keçid etmək üçün radio ilə icazə
istədi. Mən icazə verdim. Onun dəstəsini də axın bizdən yan apardı. Mən Pombo və Tumanı
axtarışa göndərdim. Onlar heç kimi tapmayıb hava qaralandan sonra geri döndülər. 17.00-da atı
kəsdik və doyunca at əti yedik. Qorxuram sabah bunun altını çəkək. Bu gün Rolando düşərgəyə
gedib çatmalıdır.

32№-li radioqramın şifrini tam açdıq. Özü ilə qlyukantin ehtiyatı gətirən boliviyalının
gəlişi xəbər verilir. Bu hələ döyüşçülərdən heç birində müşahidə olunmayan leyşmanioza45 qarşı
vasitədir.

23 mart

Hərbi əməliyyatlar günü. Pombo azuqə dalınca qondola göndərmək istədi, amma mən
Markosun əvəzlənməsi ilə bağlı məsələ həll olunmayınca bunu qadağan etdim. Təxminən səhər
səkkizdə Koko hövlənk gəldi və bir qrup əsgərin pusquya düşdüyünü xəbər verdi. İlkin
hesablamalara görə, üç 60 millimetrlik minomyot, 16 “mauzer” tüfəngi, iki bazuka, üç “uzi”, bir
30 mm çaplı pulemyot, iki ratsiya, ayaqqabılar və s. ələ keçirilib. Yeddi əsgər qətlə yetirilib, dördü
yaralanıb, on dördü isə əsir alınıb. Təəssüf ki, onların yanında ərzaq olmayıb. Xəritə və əməliyyat
planı da ələ keçirilib. Bu plana görə, ordu yarı yolda birləşəcək iki dəstəyə bölünüb Nyakauasunun
hər iki sahili boyunca hücuma keçəcək. Biz tələsik döyüşçülərimizi digər sahilə göndərdik;
Markosun rəhbərliyi ilə ön dəstə hücuma keçən düşməni qarşılamaq üçün tam heyətlə irəli atıldı;
əsas qrup və aryerqard müdafiəyə hazırlaşdı. Braulioya ikinci dəstənin yolu üzərində pusqu
qurmaq tapşırılıb. Bu mövqeni gecəboyu əlimizdə tutub saxlayacağıq. Bəlkə sabah tərifli
reyncerləri gördük. Əsir alınmış iki zabit – mayor46 və kapitan47 – tutuquşu kimi çərənləyirlər.

Çinonun gətirdiyi məlumatın şifrini açdıq. Burda Debrenin48 səfərindən söz açılır, 60 min
dolların göndərilməsi müzakirə olunur, Çinonun tələbləri təhlil edilir, eləcə də nəyə görə İvana

45 Dəri infeksion xəstəliyi. Mığmığaların sancması yolu ilə yayılır.
46 Ernan Plata Rios – Boliviya ordusunun mayoru
47 Auqusto Silva Boqado – Boliviya ordusunun kapitanı
48 Debre (Fransız, Danton) – Reji Debre. Fransız. Boliviya əməliyyatının hazırlanmasında iştirak edən solçu ziyalı.
1967-ci ilin martında Çe ilə görüşüb. Ondan bır sıra tapşırıqlar alıb. Bustos və fotoqraf Endryu Rot ilə birlikdə

98
   93   94   95   96   97   98   99   100   101   102   103