Page 95 - "Xəzər"
P. 95
6 yanvar
Hələ hava işıqlaşmamış Markos, Xoakin, Alexandro, İnti və mən yola çıxıb çılpaq təpə
boyunca irəlilədik. Mən aşağıdakı qərarları qəbul etdim: Markos Kamba və Paçoyla birlikdə yerli
sakinlərlə təmasdan yayınaraq sağdan Nyakauasuya çıxmağa cəhd edəcək. Migel, Braulio və
Aniseto 35 əsas yola çıxmaq üçün sıra dağlar üzərindən əlverişli keçid axtaracaqlar. Xoakin,
Beninyo və İnti isə – əgər bu sıra dağları Pampa del Tiqredirsə – xəritəyə görə onun o biri tərəfi
ilə Nyakauasuya paralel olaraq axan Frias çayına aparan yolları öyrənəcəklər.
Günorta Loro iki qatırla gəlib çıxdı – onları cəmi 2000 pesoya alıb. Diribaş oğlandı.
Sapsağlam və sakit heyvanlardı. Köhnə düşərgəyə Braulio və Paçonun dalınca adam yolladım:
sabah onlar kəşfiyyata getməlidirlər. Onları əvəzləməyə Karlosu və El Medikonu [Ernesto]
göndərdim.
Siyasi məşğələdən sonra əsl gerilyerosa lazım olan keyfiyyətlər haqqında kiçik mühazirə
oxudum. Nizam-intizamın vacibliyini qeyd etdim. İzah etdim ki, bizim vəzifəmiz həm də azadlıq
hərəkatının sağlam və möhkəm nüvəsini yaratmaqdan ibarətdir. Bu, müvəffəqiyyət qazanmağın
açarıdır. Sonda hərbi və siyasi hazırlığın vacibliyini vurğuladım. Döyüşçüləri buraxıb komandirlər
– Xoakin, Markos, Alexandro, İnti, Rolando, Pombo, El Mediko [Moro], Nyato və Rikardo ilə
söhbətləşdim. Onlara nəyə görə Xoakinin mənim müavinim təyin olunduğunu anlatdım və
Markosun bir sıra xroniki çatışmazlığını qeyd etdim. Xoakinin Migellə yeni il insidenti zamanı
hərəkətlərini pislədim. Həllindən bizim gələcəyimizin asılı olduğu bir sıra təşkilati məsələləri
onların diqqətinə çatdırdım. Axıra yaxın Rikardo İvanla arasında olan insidentdən danışdı:
Tanyanın yanında bir-birinin üstünə bağırıb söyüşməyə başlayıblar. İş o yerə çatıb ki, Rikardo
əyləci basıb və İvana maşından düşməyi əmr edib. Bax bu cür axmaq hərəkətlərə görə ümumi
işimiz ciddi şəkildə axsayır.
11 yanvar
Antonio, Karlos və Arturo yaxınlıqdakı bulağa kəşfiyyata getmişdilər. Gecə qayıdıb
gəldilər və bildirdilər ki, bulaq bizim adətən ov etdiyimiz rançonun yaxınlığında Nyakauasuya
tökülür. Alexandro və Pombo Arturonun qazmasında oturub xəritə tərtib etməklə məşğul oldular.
İşlərini bitirəndən sonra mənə məruzə etdilər ki, bütün kitablarım nəm çəkib, bəziləri isə
ümumiyyətlə pis günə düşüb. Radioaparatura da nəm çəkib və pas atıb. Bu azmış kimi hələ iki
ratsiya da nasaz çıxıb. Arturonun kompetensiyası ilə bağlı kədərli nəticələrə gəlirik.
Gecə Markos qayıdıb gəldi; Nyakauasu boyunca yorulmadan xeyli irəliləsə də onun Frias
çayına töküldüyü nöqtəyə gedib çıxa bilməyib. Mən bizim xəritələrimizin doğruluğundan və
naməlum çayın həqiqətən də Frias olmasından get-gedə daha çox şübhələnirəm.
Aniseto və Pedronun36 qayğıkeş rəhbərliyi altında keçua37 dilini öyrənməyə başladıq.
Boro milçəyi38 günü. Markosun, Karlosun, Pombonun, Antonionun, Moronun və Xoakinin
dərisinin altından milçəyin sürfələrini çıxardıq.
19 yanvar
35 Aniseto – Aniseto Reynaqa Qordilyo. Boliviyalı. 1967-ci il oktyabrın 8-də Kebrado de El-Yuro dərəsində baş
verən döyüşdə qətlə yetirilib.
36 Pedro (Pan Divino) – Antonio Ximenes Tardio. Boliviyalı. 1967-ci il avqustun 9-da İnao dağlarındakı döyüşdə
qətlə yetirilib.
37 Eyniadlı qəbilədən olan hindilərin Boliviyada inklərin keçmiş imperiyalarının mövcud olduğu ərazilərdə geniş
yayılmış dili
38 Parazit milçək. Dişləyərkən sürfələrini dərinin altına qoyur.
95