Page 97 - "Xəzər"
P. 97
Mənim üçün ağır gün. Sıxılmış limon kimiyəm, təkcə iradəmin qüvvəsi hesabına hərəkət
edə bilirəm. Səhər tezdən Markos, Braulio və Tuma yolu təmizləməyə yollandılar. Biz düşərgədə
gözlədik. Fransız kanalı vasitəsilə göndərdiyim məktubun alındığını təsdiq edən yeni radioqramın
şifrəsini açdıq. Günorta yola çıxdıq: günəş elə yandırırdı ki, daşlar istidən çartlayırdılar. Keçidə
çatanda mənim başım hərləndi. Buradan o yana dişimi-dişimə sıxıb sanki duman içində irəlilədim.
Yaxınlıqdakı zirvənin hündürlüyü 1420 metrdir. Bu zirvədən Rio-Qrandenin, Nyakauasunun
mənsəbinin və Rositanın bir hissəsinin gözəl mənzərəsi açılır. Topoqrafiya xəritəyə uyğun gəlmir;
keçiddən dərhal sonra sərt uçurum, aşağıda isə arxasından Rositanın axdığı eni 8-10 kilometr olan
meşəlik yayla var; bundan o yana hündürlüyü bizim sıra dağların hündürlüyü qədər olan bir başqa
dağ silsiləsi ucalır, ondan o yana isə düz üfüqə qədər düzənlik uzanır.
Digər marşrutla – çayın yatağı ilə Rio-Qrandeyə, oradan isə Rositaya qədər enmək qərarına
gəldik. Yamac dikdir, amma aşmaq olar. Görünür, çayın sahilində heç kim yaşamır, halbuki xəritə
tamam başqa şey deyir. Güc-bəlayla enib hava qaralan vaxt 900 metrlik yüksəklikdə dayandıq. Su
yoxdur.
Markos öz adamlarının nazı ilə oynamır: dünən birinə, bu gün isə bir başqasına dişinin
dibindən çıxanı dedi. Onunla danışmaq lazımdır.
26 fevral
Səhər Markosla Paçonu yanıma çağırıb izahat tələb etdim. Hər iki tərəfi dinləyəndən sonra
belə qərara gəldim ki, Markos, doğrudan da, Paçonu təhqir edib və maçete ilə ona tərəf qolaylanıb,
amma üzünə zərbə endirməyib. Demək lazımdır ki, Paço da az aşın duzu deyil: daim hamı ilə
öcəşir və xoruzlanmağa meyllidir.
Mən hamını bir yerə yığdım və döyüşçülərlə söhbət apardım. Rositaya çıxmağın bizim
üçün önəmini vurğuladım; bu günə qədər üzləşdiyimiz məhrumiyyətlərin daha çətin sınaqların
müqəddiməsi olduğunu, hazırsızlığımızın iki kubalı arasında baş verən bu cür utancverici
toqquşmalara gətirib çıxardığını anlatdım. Markosa yoldaşına qarşı hörmətsizlik və kobudluq
etdiyinə görə töhmət verdim. Paçoya isə bildirdim ki, belə hal bir daha baş versə onu dəstədən
çıxaracağam. Əvvəlcə o, ratsiyayla bağlı əmri yerinə yetirməyib, sonra komandirlə arasında
münaqişə baş verməsi faktını məndən gizləyib, lap axırda isə Markosun onun üzünə zərbə
endirdiyi haqqında yalan söyləyib.
Boliviyalılara dedim ki, onlardan hansısa yola davam etmək istəmirsə və ya bacarmırsa,
kələklərə, təxribatlara əl atmasın, birbaşa mənə söyləsin. Mən onu problemsiz buraxacağam.
Biz sahillə irəliləmək üçün Rio-Qrandeyə tərəf yürüməyə davam etdik. Çaya çatanda
təxminən bir kilometr yolu aşağı ilə qət etdik, amma qayaya dirəndiyimizə görə yuxarı qalxmalı
olduq. Benxamin44 bel çantasında eşələnə-eşələnə geri qaldı; gəncin tam əldən düşdüyünü görüb,
bizə çatmağını əmr etdim. O, qrupla birlikdə 50 metr addımlayandan sonra cığırı itirdi və ətrafa
göz gəzdirmək üçün dikə çıxdı. Mən Urbanonu ona köməyə göndərdim, amma bu vaxt Benxamin
qəfil yırğalanaraq çaya yıxıldı. O üzə bilmirdi. Güclü axın ona ayağa qalxmağa imkan vermirdi.
Biz ona kömək etmək üçün irəli atıldıq, amma paltarlarımızı soyunana qədər o suya qərq oldu.
Rolando ona tərəfə üzdü və suya baş vurmağa başladı; axın onu alıb aparırdı. Beş dəqiqə sonra
bütün ümidlərimiz kəsildi. Benxamin var gücü ilə çalışsa da, müharibənin əzab-əziyyətinə hazır
olmayan zəif gənc idi. Sınaq onu sındırdı, fiziki hazırlığı ambisiyalarına və istəklərinə uyğun
gəlmədi... Biz Rio-Qrandenin sahilində ilk ölüm sınağından keçdik. Böyük uğursuzluq.
Rositaya çıxmadan 17.00-da düşərgə saldıq. Lobyanın qalanını yedik.
8 mart
44 Benxamin – Benxamin Koronado Kordoba. Boliviyalı. Boliviya Kommunist Partiyasının üzvü. 1967-ci il
fevralın 21-də partizanlara qoşulub. Ön dəstənin sıralarına daxil edilib, kəşfiyyat əməliyyatlarında iştirak edib.
97