Page 91 - "Xəzər"
P. 91
Rövşən Ramizoğlu
BOLİVİYA GÜNDƏLİYİ
1966
7 noyabr
Yeni mərhələnin başlanğıcı. Maneəsiz gəlib çatdıq; rançoya gecə yetişdik. Koçabambada
Paçunqoyla1 mən lazımi şəkildə qrimlənib bir neçə gərəkli tanışlıq əlaqəsi qurduq. Sonra iki gün
ərzində iki “cip” ilə ayrı-ayrı yol gəldik.
Bizim kokain istehsalı ilə məşğul olduğumuzu düşünən qonşunu2 şübhələndirməmək üçün
rançoya çatmamış bir maşına oturduq. Maraqlıdır ki, şayiələrdə əsas kimyagər bizim bənzərsiz
Tumaini3 hesab olunur.
İkinci reys zamanı Biqotes4 mənim kim olduğumu biləndə maşınla xəndəyə uçacaqdı;
qabaq təkərlər havadan asılı qaldı. 20 km piyada yol gedəndən sonra rançoya gecəyarıdan keçmiş
gəlib çatdıq. Burada bizi artıq üç yoldaşımız gözləyirdi5.
Biqotes partiyanın mövqeyinə baxmadan bizimlə əməkdaşlıq etməyə hazır olduğuna işarə
vurdu, amma o, hədsiz hörmət etdiyi və az qala ilahiləşdirdiyi Monxeyə6 sadiq qalacaq. Onun
sözlərinə görə Rodolfo 7 və Koko 8 da bu mövqedədirlər. Çalışmaq lazımdır ki, partiya bizi
dəstəkləsin. Mən Biqotesdən xahiş etdim ki, birincisi, danışıqlarda bizə yardımçı olsun, ikincisi,
ən azından hazırda Bolqarıstanda olan Monxe geri dönüncəyə qədər öz yoldaşlarına heç bir şey
deməsin. O razılaşdı.
25 noyabr
Gözətçilər xəbər verdilər ki, rançoya içində iki-üç sərnişin olan “cip” yaxınlaşır. Məlum
oldu ki, bunlar malyariya ilə mübarizə xidmətinin əməkdaşlarıdır. Qan nümunələri alandan sonra
çıxıb getdilər. Paço və Rolando 9 bizim xəritədə gördüyümüz bulağa gedib çıxdıqlarına görə
1 Paçunqo (Paço) – Alberto Fernandes Montes de Oka. Kubalı. Kuba hökumətində Ağır Sənaye Nazirliyi nəzdində,
mədən şöbəsi direktoru da daxil olmaqla, müxtəlif vəzifələr tutub. 3 noyabrda Çe ilə birlikdə Boliviyaya gəlib. 9
oktyabrda Kebrado de El-Yuro dərəsində qətlə yetirilib.
2 Siro Alqaranyas Leyçe – partizanların birinci düşərgəsinin yanında yerləşən Pinkal rançosunun sahibi.
3 Tumaini (Tuma) – Karlos Koelyo. Kubalı. Çenin sadiq silahdaşı və şəxsi mühafizəçisi. 1967-ci il iyunun 26-da
Santa-Krus ştatının Florida əyalətindəki Piray adlı yerdə baş vermiş döyüşdə qətlə yetirilib.
4 Biqotes (Loro, Xorxe) – Xorxe Vaskes Vianya. Boliviyalı, Kommunist Partiyasının fəal üzvü, silahlı müqavimətin
təşkilatçılarından biri. 1967-ci il aprelin 22-də Taperilyas yaxınlığındakı Koripote rançosunda baş verən döyüş zamanı
yoldaşlarından ayrı düşüb, 29 apreldə əsir götürülüb. Bir ay sonra onun əsirlikdən qaçdığı elan edilib. Onu Reji Debre
və Siro Bustosla birlikdə qiyabi mühakimə ediblər. Amma o vaxt artıq onun qətlə yetirildiyi ilə bağlı şayiələr gəzib.
5 Apolinar Akino Kispe (Apolinario, Apolinar, Polo), Serapio Akino Tudela (Serapio, Serafin) və Antonio
Dominiqes Flores (Antonio, Leon) – Boliviya Kommunist Partiyasının üzvləri
6 Monxe (Estanislao, Mario, Neqro) – Mario Monxe Molina. Boliviyalı. 1968-ci ilin yanvarında istefa verənə qədər
Boliviya Kommunist Partiyasının birinci katibi vəzifəsini tutub.
7 Rodolfo – Rodolfo Saldana. Boliviyalı. Kommunist Partiyasının üzvü və Kubada hərbi hazırlıq keçən ilk
boliviyalılardan biri. Çe gündəliyindəki 26 yanvar qeydində onun 15 gün sonra partizanlara qoşulacağını yazıb, amma
bu baş verməyib. Onu 1968-ci ildə həbs ediblər, 1970-ci ildə isə üsyançıların Teoponte yaxınlığında əsir götürdükləri
almanlarla dəyişiblər.
8 Koko – Roberto Peredo Leyqe. Boliviyalı. Partizan müharibəsinin hazırlanmasının bütün mərhələlərində rolu olub.
Nyakauasu rançosunun rəsmi sahibi qismində çıxış edib. 1967-ci il sentyabrın 26-da La-İquera yaxınlığındakı
Kebrado del Batan dərəsində pusquya düşüb və qətlə yetirilib.
9 Rolando (kapitan San-Luis) – Eliseo Reyes Rodriqes. Kubalı. Kuba Kommunist Partiyası MK-nın üzvü. 1967-ci
il aprelin 25-də Tikuça kəndi və İkira çayı arasındakı El Meson yaxınlığında baş verən döyüşdə qətlə yetirilib.
91