Page 90 - "Xəzər"
P. 90
qarşısında
gündə yüz yol
baş əyərəm...
Bu bədəndən
çıxa bilsəm
bəlkə mən də
çiçəkləyərəm!
MEMUAR
“PARTİZAN MÜHARİBƏSİNİN ƏLİFBASI”
Çe Gevaranın “Boliviya gündəliyi”ni çoxdan tərcümə etməyə başlamışdım. Hətta kitabın
böyük bir hissəsini tərcümə edib bitirmişdim. Amma təxminən 1 il bundan əvvəl “Boliviya
gündəliyi”nin yeni, daha təkmil və tam versiyası əlimə keçdi. Məlum oldu ki, Boliviya hökuməti
gündəliyin ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyi bəzi səhifələrini illərdir arxivində
saxladığına görə, “Boliviya gündəliyi”nin müxtəlif dillərdə bu günə qədər çap edilən bütün
versiyaları yarımçıq olub. Amma çap olunan son varianta bu səhifələr də əlavə edilmişdi. Ona görə
də tərcüməyə bir daha “əl gəzdirməli” oldum.
Təbii ki, istənilən gündəliyi ixtisarla çap etmək onun effektini ən azı yarıbayarı azaltmaq
deməkdir. Xüsusilə də, Çe Gevaranın bu gündəliyində hadisələr zəncirvari cərəyan edir. Amma
“Xəzər” üçün bu materialı hazırlayanda gündəliyin mümkün qədər əhəmiyyətli hissələrini seçmiş
və onları tam verməyə çalışmışam. “Boliviya gündəliyi” kitab şəklində yaxın günlərdə “Tərcümə
Mərkəzinin kitabları” seriyasında işıq üzü görəcək.
Bir az da kitabın özü haqqında... Bu, bütün dünyada şöhrəti müəllifinin şöhrətinə bərabər
olan az sayda kitablardan biridir. Mən bu kitabı “Partizan müharibəsinin əlifbası” adlandırardım.
Çe Gevaranın populyarlığının ilbəil artmasında “Boliviya gündəliyi”nin də rolu az deyil. Bu gün
Çe Gevara dünyanın hər yerində gənclərin ən sevimli qəhrəmanıdır, onun şəkilləri olan maykalar,
döş nişanları öz satış tirajına görə dünyanın ən məşhur futbol komandalarının atributlarını belə
geridə qoyur. “Boliviya gündəliyi” hər il yüz min tirajla fərqli dillərdə yenidən çap olunur, yenidən
oxunur, yenidən sevilir. Azərbaycan dilində isə gündəlik ilk dəfə işıq üzü görəcək. İnqilabın
sonuncu romantikinin bu maraqlı əsərinin azərbaycanlı oxucu tərəfindən də maraqla
qarşılanacağına heç bir şübhəm yoxdur.
90