Page 96 - "Xəzər"
P. 96
Gün sakit başladı: müdafiə qurğularını möhkəmləndirdik və düşərgəni qaydaya saldıq.
Migelin yüksək hərarəti var; malyariyaya çox oxşayır. Səhər mən də canımda əzginlik hiss
edirdim, amma bu əzginlik başqa heç nəyə çevrilmədi.
Səhər saat səkkizdə çoklosla39 yüklənmiş və təpədən dırnağa qədər islanmış dörd əzabkeş
gəlib çıxdı. Onlar gecəni titrəyə-titrəyə çömbəlib tonqalın ətrafında keçiriblər. Suyun səviyyəsi
düşəndən sonra tüfəngi tapıb çıxarmağa cəhd edəcəyik.
Saat dördə yaxın, Rubio ilə Pedro artıq köhnə düşərgəyə yollanandan sonra El Mediko
[Ernesto] gəlib çıxdı və rançoya polislərin tökülüşdüyünü xəbər verdi. Leytenant Fernandes40 və
mülki geyimli daha dörd zabit kokain zavodunu aşkara çıxarmaq üçün kirələdikləri “cip”də
rançoya gəliblər. Evi axtarıblar. Bizim xəlvətxanaya aparmağa imkan etmədiyimiz bəzi şübhəli
şeylər, məsələn, fənərlər üçün karbid tapıblar. Loronun tapançasını müsadirə ediblər, amma
“mauzer” tüfənginə və 22 kalibrli tapançaya dəyməyiblər. Halbuki əvvəlcə ona böyük hay-küylə
Alqaranyasdan tutub aldıqları eyni ilə bu cür bir tapança göstəriblər. Hər şey haqqında məlumatları
olduğu və buna görə də onlarla hesablaşmamız gərəkdiyi ilə bağlı xəbərdarlıq edərək çıxıb
gediblər. Getməzdən əvvəl leytenant Fernandes Loronu kənara çəkib deyib: “Tapançanı Kamiridə
geri alarsan. Amma orada qanun-qayda xırdalama, sadəcə, şəxsən mənə müraciət et”. Bundan
başqa, o, hansısa “braziliyalı” haqqında sorğu-sual edib. Belə görünür ki, bizi Alqaranyas və
valyeqrandeli satıb. Mən Loroya onlarla sərt danışmağı tapşırdım. Sonra Kamiriyə – guya
tapançanın dalınca, əslində isə Kokonu axtarıb tapmaq üçün yollanmalıdı. (Onun azadlıqda
olmasına şübhə edirəm.) Koko meşənin içi ilə mümkün qədər çox yol getməli idi.
1 fevral
İlk keçidimizi başa vurduq. Adamlar yorulublar, amma ümumilikdə götürəndə, bu işin
öhdəsindən pis gəlmədilər. Birinci dayanacağa qədər bizi Antonio və Nyato ötürdü: şərti nişanın
yerini müəyyənləşdirdik və onlar bel çantalarını mənə və hələ malyariyadan tam sağalmayan
Moroya verdilər.
Yürüş zamanı əlaqə yaratma sistemi ilə bağlı razılığa gəldik. Kağızları butulkaların içinə
qoyub cığırların yaxınlığındakı kolların dibində gizlədəcəyik.
Aryerqarda gedən Xoakin öz yükünü güclə daşıyır və bütün qrupu ləngidir.
9 fevral
Təxminən yarım saat dağa dırmaşmağa çalışdıq, sonra ağlıma gəldi ki, ən yaxşısı cığırdan
çıxıb qurumuş çay yatağı ilə irəliləməkdir. Bir az getdikdən sonra qarğıdalı zəmisinə yetişdik. Mən
İnti və Rikardonu kəşfiyyata yolladım. Elə bu vaxt məzhəkə başladı. Aryerqard bizim içində kağız
olan butulkanı görməyib və qərara gəlib ki, azmışıq. Dörd tərəfə adam göndəriblər. Bu vaxt ön
dəstə atılmış ev görüb və digərlərini gözləməyə başlayıb. İnti və Rikardo yerli oğlan uşaqları ilə
qarşılaşıblar. Uşaqlar onları atalarının yanına aparıblar; altı uşağı olan cavan kəndli41 qonaqları
mehriban qarşılayıb, onlara çox şey danışıb. İkinci söhbət zamanı İnti gerilyero komandiri
olmasına işarə vurub. Kəndli uminta42 hazırlamaq üçün iki donuz dartıb gətirib.
Bu gün başqa heç yana getmədik, doyunca qarğıdalı və donuz əti yedik. Səhər tezdən
ponço43 qaynatdıq, amma sabaha saxladıq.
23 fevral
39 Təzə qarğıdalı
40 Karlos Fernandes Qonsales – Boliviyalı polis
41 Onorato Roxas
42 Ətdən və təzə qarğıdalıdan hazırlanan ənənəvi hindi yeməyi
43 İçində süd və şəkər olan alkoqollu içki, punşun bir növü
96