Page 92 - "Xəzər"
P. 92
əyarıdan xeyli keçmiş qayıtdılar. Çayla üzüyuxarı qalxarkən onlar atılmış zəmilərə rast
gəliblər.
27 noyabr
Xorxe hələ də gəlib çıxmayıb. Bütün gecəni keşik çəkməyi tapşırmışdım, amma La-Pasdan
ilk “cip” saat 21.00-da gəldi: Koko Xoakini10, Urbanonu11 və bizimlə qalacaq Ernesto12 adlı
boliviyalı tibb məktəbi tələbəsini gətirib. Sonra Koko yenə çıxıb getdi və Rikardo13, Braulio14,
Migel15 və İnti16 adlı bizə qoşulmaq qərarına gəlmiş başqa bir boliviyalı ilə geri döndü. İndi biz
dəstədə on iki, rançonun sahibi rolunu oynayan Xorxe ilə birlikdə isə on üç nəfərik. Koko və
Rodolfo əlaqələrin qurulmasıyla məşğul olacaqlar. Rikardo həyəcanlı xəbərlər gətirib: Boliviyada
olan Çino17 mənə baş çəkmək və özü ilə 20 döyüşçü gətirmək istəyir. Estanislaonun [Monxe]
dəstəyini almadan hərəkatı beynəlmiləlləşdirmək düzgün deyil. Hələlik qərarlaşdırdıq ki, Çinonu
Santa-Krusa yönləndirək və orada Koko onu qarşılayıb bura gətirsin. Rikardo və Koko iki “cip”də
səhər tezdən çıxıb getdilər: birinci La-Pasa, ikinci isə Xorxenin başına nə gəldiyini öyrənmək üçün
don Rembertonun18 yanına yollandı. İnti mənimlə söhbətində Estanislaonun dəstək verəcəyinə o
qədər də inanmadığına işarə vurdu. O özü bütün körpüləri yandırıb bizimlə sona qədər bir yerdə
olmağa hazırdır.
2 dekabr
Səhər tezdən Çino gəldi. Ruh yüksəkliyi hiss olunurdu. Bütün günü söhbətləşdik. Gəlinən
nəticələr bunlardır: o, vəziyyət haqqında şəxsən məruzə etmək üçün Kubaya yollanacaq. Beş
perulu bizə iki ay sonra döyüş əməliyyatları başlayanda qoşulacaq. İkisi isə indi gələcək: radist və
həkim. Çino silah istədi. Razılaşdıq ki, o bizdən bazuka və bir neçə “mauzer” tüfəngi götürəcək.
Bundan başqa, mən ona M-1 alacağam, eləcə də gizli fəaliyyətin təşkili üçün beş perulunun
Titikaka çayının o biri sahilindəki Puno rayonuna göndərilməsinə kömək edəcəyəm. Çino Peruda
başına gələn müsibətlərdən danışdı və Kalikstonun19 azad olunması ilə bağlı cəsarətli planını
bölüşdü – məncə, olduqca utopik plandı. O hesab edir ki, o yerlərdə pərən-pərən salınmış
gerilyeroslardan sağ qalanlar fəaliyyət göstərirlər, amma oralara bizimkilərdən heç kimin ayağı
dəyməyib, ona görə də bununla bağlı tam əminlik yoxdur.
10 Xoakin (Vilo) – Xuan Vitalio Akunya Nunyes. Kubalı. 1957-ci ildə Kuba üsyançı ordusunun sıralarına qoşulan
ilk kəndlilərdən biri. 1967-ci ilin 31 avqustunda onun qrupu Rio-Qrande sahilindəki Vado del Puerto-Maurisio keçidi
yaxınlığında pusquya düşüb və bütünlüklə məhv edilib.
11 Urbano – Leonardo Tamayo Nunyes. Kubalı. Kebrado de El-Yuro dərəsindəki döyüşdən sağ çıxıb. 1968-ci ilin
fevralında Pombo və Beninyo ilə birlikdə Boliviyadan Çiliyə yollanıb. Kubaya 1968-ci il martın 6-da qayıdıb.
12 Ernesto (El Mediko) – Freddi Maymura Urtado. Boliviyalı. Boliviya Kommunist Partiyasının üzvü. Həkim
diplomunu Kubada alıb. 1967-ci il avqustun 31-də Vado del Yeso keçidi yaxınlığındakı döyüşdə əsir götürülüb və
hökumət ordusu ilə əməkdaşlıqdan imtina etdiyinə görə elə həmin gün güllələnib.
13 Rikardo (Papi, Çinçu, Mbili, Tako) – Xose Mariya Martines Tamayo. Kubalı. 1966-cı ilin martında Çenin
qarşılanmasını təşkil etmək üçün La-Pasa gəlib. Əsas qrupun heyətində olub. 1967-ci il 30 iyulda ağır yaralanıb və
yoldaşlarının əhatəsində can verib.
14 Braulio – İsrael Reyes Sayas. Kubalı. Fidel Kastronun xüsusi mühafizəçilər dəstəsinin üzvü. 1967-ci ilin 31
avqustunda Vado del Yeso keçidi yaxınlığında baş verən döyüşdə birinci o qətlə yetirilib.
15 Migel (Manuel) – Manuel Ernandes Osorio. Kubalı. 1967-ci il sentyabrın 26-da La-İquera yaxınlığındakı
Kebrado del Baton dərəsində pusquya düşüb və qətlə yetirilib.
16 İnti – Quido Peredo Leyqe. Boliviyalı. Çenin Boliviyadakı ən məşhur silahdaşlarından biri, komissar və hərbi
komandir. Kebrado de El-Yuro dərəsi yaxınlığındakı döyüş zamanı bir qrup döyüşçü ilə birlikdə mühasirəni yarıb və
yerli kəndlilər tərəfindən gizlədilib. 1969-cu il sentyabrın 9-da La-Pasın təhlükəsizlik qüvvələri izinə düşüb onu qətlə
yetiriblər.
17 Çino – Xuan Pablo Çanq Navarro Levano. Perulu, Peru Xalq Azadlıq Ordusunun lideri. Kebrado de El-Yuro
dərəsindəki döyüşdə sağ qalıb, əsir alınıb, La-İqueraya gətirilib və Simeon, Kuba və Çe ilə birlikdə güllələnib.
18 Don Remberto Vilya – Nyakauasu rançosunun onu Roberto Peredoya (Koko) satan keçmiş sahibi.
19 Ektor Bexar Rivera – Peru Azadlıq Ordusunun həbsxanaya salınmış komandanı
92