Page 89 - "Xəzər"
P. 89
arın otladığı yerə.
Atlar hirslə yeriyir,
Çatıb, bizi haqlayır;
Gəlişimizə sevinir,
Sevinclərini güclə saxlayır.
Sudan islanmış
qu quşlarıtək
Tez-tez
başlarını yerə əyirlər,
dodaqlarını çeynəyirlər.
Bəlkə bir-birini sevir onlar...
Mən olmayan günlər
görəsən axı
neyləyir onlar?
Onların tənhalığı
hədsizdi, sonsuzdu...
tövlədə
tər-təzə yaz otlarını

çeynəyir onlar.
Kürən at
yanıma gəlir
qoltuğuma dürtür burnunu.
Az qala ağlamaq istəyirəm,
Bu qədd-qamətli atı

qucaqlamaq istəyirəm.
Ona tərəf itələyir məni
yüngülcə əsən külək –
qızların biləklərinin

dərisitək yumşaq
uzun qulaqlarını
tumarlayım deyə.
Bu vəfalı atların

89
   84   85   86   87   88   89   90   91   92   93   94