Page 75 - "Xəzər"
P. 75
di maraqlanıb, çox çalışsaydı, qoşa xətt boyunca yüzlərlə vedrə əqrəbin toplanmasına nail ola bilərdi.
Gec-tez növbətçilikdən azad ediləcəkdi, ya da azuqə maşını gələcəkdi və o gəlib çıxana qədər əsgər
əqrəbləri təmizləməli olacaqdı.
O, çəkmələrini sürüyə-sürüyə, yavaş-yavaş yeriyir, mavi vedrə xəfifcə uzun ayağına toxunur. Əsgər
furqona girib qəhvə fincanını axtarmağa başlayır. Bir azdan bayıra çıxıb daha bir vedrə əqrəb tutacaq.
Gün batmağa başlayıb, sakitlik çöküb. Bəlkə də təzəcə qalxmış külək əslində daha möhkəm əsdiyi üçün
ona elə gəlir. Külək şiddətləndikcə altı sərt qayalıq olan səhranın qumunu silib-süpürürdü. Arabir bu kiçik
tufanlardan biri onu ağuşuna alır, üzünü, qollarını dalayırdı. Qumun və küləyin səsindən ona elə gəlir ki,
qulaqbatırıcı səssizlik çöküb.
O, çiyinlərini qısaraq yolun ortasında dayanıb, bir əlində “Playboy” jurnalının nüsxəsi var, yola – görə
bildiyi qədər uzağa baxmağa çalışır. Haradasa qərb tərəfdə üfüq xəttinin yaxınlığında hansısa heyvanın
yolu keçdiyini görür. Kenquru deyildi. Başqa bir heyvan idi, amma dəqiq bilmək olmurdu.
O, yel dəyirmanından uzaqlara – qərbə doğru gözünü zilləyib baxır, yavaş-yavaş qaralan göy üzünə
tamaşa edir. Ayaqlarını tərpətmədən, gövdəsini və başını çevirib şərq tərəfdə yavaş-yavaş qürub edən
günəşə baxır, bir az çömbəlir ki, “Playboy”u ehtiyatla yolun üstünə qoya bilsin. Ağır-ağır furqona doğru
addımladıqca, qərb səmasının qaranlığına qarışıb yoxa çıxan yel dəyirmanına bir daha baxır.
Avtomatını taxtın üstündən götürüb yeni daraq taxır, yolda işarələdiyi yerə qayıdır, uzun ayaqları qumun
üstündə yavaş-yavaş hərəkət edir. Çəkmələrinin səsi ona saysız-hesabsız paradları xatırladır. Avtomatın
sürgüsünü çəkir, ehtiyatla çiyninə qaldırıb bütün güllələri şərqdə batmağa davam edən günəşə tərəf
yağdırır.
Əsgər qaranlıqda isti furqonda taxtın üstündə uzanıb, əynində yalnız tuman və bir cüt yumşaq ağ corab
var. O, həmişə belə corablardan ehtiyat saxlayırdı. Dallasda “Fish & Degenhardt” mağazasından alınmış
bu xüsusi növ qalın ağ corabların təri çəkmək üçün pəncədən keçən ağır dəsmallığı var idi, üç həftə əvvəl
“Fish & Degenhardt” mağazasından cütü 4.20 dollara 12 cüt almışdı..
O, taxtda uzanıb hasarı tərpədən küləyə qulaq asır. Fikrində aydınlaşdırmalı olduğu bəzi məsələlər var,
amma hələlik onlar haqqında düşünmək istəmir. Qərbin və şərqin hansı istiqamətdə olduğunu tez və asan
müəyyən etmək olar. Başının üstündəki rəfdə xüsusi tərtib edilmiş hərbi kompas var idi. İndicə bayıra
çıxa, özü ilə fənər götürə və məsələni həll edə bilərdi.
Hələliksə nəyi səhv başa düşdüyünü dəqiq bilmirdi. Yəqin ki, coğrafi baxımdan şərq tərəf Birləşmiş
Ştatların bir hissəsi, qərbə doğru olan ərazi isə Avstraliya hesab olunmalı idi. Ya bəlkə qərbdə Birləşmiş
Ştatlar, şərqdə isə Avstraliya yerləşir? Gərək ki, belədir, o, sadəcə, qərbin və şərqin hara olduğunu başa
düşməyib. Yel dəyirmanının Birləşmiş Ştatlarda olduğuna əmin idi. Onbaşının bu haqda zarafat etdiyini
xatırlayırdı, amma, bəlkə də, zarafatı səhv başa düşmüşdü.
Digər tərəfdən, günəş axı şərqdən doğur. O, arabir ağlına gələn bu fikri qulaqlarını qapamaqla özündən
uzaqlaşdırmağa çalışırdı.
Əsgərə təlimat verilmişdi ki, çağrılmamış qonaqları içəri buraxmasın, amma “içəri”nin nə demək
olduğunu artıq başa düşmürdü. Zəhmət çəkib “içəridə” nələrin olduğu haqda məlumat versəydilər, o öz
vəzifəsinin nədən ibarət olduğunu başa düşərdi. Bazaya zəng vurub soruşmaq haqda düşünsə də, fikrindən
tez daşınır. Ağlına gələn fikirdən boynu və qulaqları qızarır.
İstidi, çox istidi. O, yastıqdan boynunu uzadıb “Playboy”u görməyə çalışır, quru barmaqlarını şumal
kağızın üzərində gəzdirir və sərhəd xətti haqqında düşünür. Kaş ona deyəydilər, bu, həlqənin, yoxsa
kvadratın bir hissəsidir, ümumiyyətlə, hansı formadadır. Bu, başa düşməyə kömək edə bilərdi. Formanı
bilsəydi, pis olmazdı. İndi qaranlıqda, sadəcə, səhra boyunca təsəvvür edə bildiyi qədər uzanan adi xətt
idi. O, quru dərili iri əllərilə yumşaq corablarından yapışıb dizlərini ayaqlarına doğru çəkir və böyrü üstə
uzanır. Deyəsən, bayırda külək dayanıb. Bəzən yel dəyirmanının tıqqıltısını eşitdiyini düşünür.
75