Page 74 - "Xəzər"
P. 74
arın uzunluğu olurdu. Çünki sərhəd xəttinin qərb tərəfində yalnız bir yel dəyirmanı var idi. Onu
“Ford”la bura gətirən onbaşı demişdi ki, yağış yağanda səhrada yaşıllıq əmələ gəlir. Axırıncı dəfə iki il
əvvəl yağış yağmışdı. Onbaşı deyirdi ki, səhranın hər tərəfində ot-əncər bitib.
Əsgər bir, ya iki dəfə səbəbsiz yerə yel dəyirmanına tərəf getmişdi. O, dəyirmanın nə üçün burda olduğu
ilə maraqlanmırdı. Yol kimi dəyirman da əsgəri qıcıqlandırırdı.
Özü ilə çoxlu silah-sursat, iki qumbara, avtomat götürmüşdü, səhra ilə addımlayarkən gözünü furqondan,
yolun keçdiyi aralığın üstündən çəkmirdi. O hələ yel dəyirmanına çatmamış taqətdən düşmüşdü. Bəlkə
ona görə ki, dəyirman göründüyündən daha uzaqda idi. Bəlkə də nəylə qarşılaşacağını bildiyi üçün.
Srağagün dəyirmana tıqqıltısını eşidəcək qədər yaxınlaşmışdı. Səhra boyunca dəyirmandan ona tərəf
gələn metal səsini dünyada başqa heç kim eşidə bilməzdi. O, yerə tüpürüb tüpürcəyinin buxarlanmasına
tamaşa elədi. Sonra avtomatdan yel dəyirmanına doğru bir neçə dəfə atəş açıb çevrildi və yavaşca geriyə
doğru addımlamağa başladı. Günəşin şüaları boynuna sancılırdı.
Geri qayıdanda furqonun içindəki termometr Farengeyt şkalası1 (alman fiziki Daniel Qabriel
Farengeyt (1686-1736) tərəfindən irəli sürülmüş istilik ölçü vahidi – tərc.) ilə 120 dərəcəni göstərirdi.
Divarlar yaxşı izolyasiya edilmişdi, qalınlığı təxminən bir fut və üç düym (2.5 sm-ə bərabər uzunluq
ölçüsü – tərc.) idi. Lakin qapını açıq saxlamalı olduğundan, kondisioner əvvəl qəribə səslər çıxarmağa
başladı və nəhayət, dayandı. O, kondisionerin sındığını məruzə eləməmişdi, çünki hər halda özü günahkar
idi. Hətta Yellambidən gəlib kondisioneri təmir etsəydilər belə, yenə qapını açıq qoyacaqdı. Üstəlik,
qapıya görə məzəmmət olunacaqdı.
Ona hava lazım idi. Uşaq vaxtından belə idi, bayırdan hava gəlməli idi. Təmiz hava olmayanda başı
ağrıyırdı, kondisioner isə təmiz havanı əvəz eləmirdi. Bəlkə başqa sərhəd məntəqələrindəki əsgərlər
içəridə əyləşir, gözlərini qalın şüşə pəncərələrdən bayıra zilləyib səhranı müşahidə edirlər. O isə belə edə
bilməzdi. Onun üçün bu mümkün deyil. O, təmiz havanı xoşlayır.
Uşaq vaxtından havaya ehtiyac duyurdu, bu zərurət hələ də, qırx üç yaşı olsa da, yox olmamışdı.
Pəncərəni açıq saxlamaq üçün yoldaşları ilə etdiyi qovğalar ona heç də şöhrət gətirməmişdi. O,
hündürboylu və arıqdır. Döyüşçü olmaq üçün doğulmasa da, havaya ehtiyacı olduğuna görə döyüşməyi
öyrənmmişdi. Heç də dürüst döyüşçü deyildi, çox yerdə əclaf adlandırıla bilərdi. Qalib gəlmək bacarığı
var idi və ömrü boyu bundan başqa heç nəyə ehtiyac duymamışdı.
Bir azdan bayıra çıxacaq və daha bir vedrə əqrəb tutacaqdı. İstifadə etdiyi üsul son dərəcə bəsitdir. Səhra
boyu bir-birlərindən iki-üç inç1 (2.5 sm-ə bərabər ingilis uzunluq vahidi– tərc.) məsafədə dəliklər var.
Bu dəliklərə su tökəndə əqrəblər üzə çıxır. Onların su içmək üçün üzə çıxdığını düşünüb sakitcə gülür və
bir-bir peyda olan əqrəblərlə danışır. Əqrəblər su üzünə çıxdıqca onları qəhvə fincanı ilə götürüb mavi
vedrəyə tökür. Daha sonra artezian quyusundan götürdüyü qaynar suyu əqrəblərin üstünə calayır.
Beləliklə, vedrəni əqrəblərlə doldurur.
Yolun şimalına doğru kələ-kötür bir sahəni nəzərində saxlamışdı. Bu sahənin hər bir kvadratında (onları
boş şüşələr və pivə qutuları ilə nişanlamışdı) təqribən bir vedrə əqrəb var idi. Hələ dünən fikirləşib tapdığı
yeni plana görə, burada olduğu hər gün səhranı bir vedrə dolusu əqrəbdən azad etməli idi. Bu vaxta qədər
bir kvadrat yer əqrəblərdən təmizlənmiş hesab oluna bilərdi.
Kreslosunda əyləşən əsgər ağır çəkmələrini geyinib vedrəni axtarmağa gedir. Furqondan bayırda günün
işığı göz qamaşdırır, gün eynəyinə baxmayaraq, əlini gözünün üstünə tutmalı olur. Parıltının çoxu
alüminium furqondan gəlir. Ətrafına baxdıqca Vaşinqtonda çəkdiyi, aydınlaşdırıcı məhlulda həddən çox
qalıb solğunlaşmış rəngli fotoşəkilləri xatırlayır.
Mavi vedrə dünən gecə qoyduğu yerdə – generatorun yanındadır. Kondisioner işləmədiyindən
generatorun səsi azalmış, demək olar, yox olmuşdu. O, bir vaxtlar içində çiyələk cemi olan mavi vedrəni
götürür, qara yumşaq əqrəb kütləsini yola – qoşa ağ xəttin düz ortasına tökür. İki həftədən sonra yolun
düz mərkəzində on beş səliqəli topa olacaqdı. Gündə iki vedrə doldura bilsə – otuz topa. Yəqin ki, bu işlə
74