Page 79 - "Xəzər"
P. 79
1972-ci ildə dərc olunmuş şeirlər kitabı poeziya nominasiyası üzrə
Amerikanın ən ali mükafatlarından birinə – “Pulitser” mükafatına və Amerikanın
“Milli kitab” mükafatına layiq görülmüşdür.

O, amerikalıların ən çox sevdiyi şairlərdən biridir.

1981-ci ildən başlayaraq, hər il yüzlərlə şair və yazıçı Raytın anım günündə
Martins-Ferridə – poeziya bayramına toplaşırlar.

“Bədənimdən çıxsam, çiçəkləyərəm” – Açığını deyim, Rayt məni bu deyimi
ilə cəzb etdi. Bu misra mənə qədim sufi Məhəmməd-əd din Nəsəfinin “Sən ruhlar
dünyasından gəlmisən, ora da dönəcəksən” kəlamını xatırlatdı.

Rayt isə xəstə bədənin sağlam ruha verdiyi əzablardan qurtarsa,
çiçəkləyəcəyini dilə gətirdi.

AYILTMA MƏNTƏQƏSİNDƏ DİVAR YAZISI

Unudulmaz,
yaddaşımdan silinməz bir an…

İnan, inan,
indiki kimi dəyərli,
qiymətli olmamışdı
həyatım heç zaman.

Gözlənilmədən yaxalandım,
Qəfildən

başımın üstünü aldılar.
Sürükləyib,
ayıltma məntəqəsinin
qaranlıq otağına saldılar,
lüt bədənəcən axtardılar.

79
   74   75   76   77   78   79   80   81   82   83   84