Page 77 - "Xəzər"
P. 77
di də əl ilə pilota işarə eləyir və təyyarənin qanadının yanında əllərini başına qoyub dayanmalı
olduğunu başa salır. Xarici ölkələrdə çox xidmət elədiyindən ingilis dilinə ehtiyac duymur. Xüsusi bir
tərzdə donquldanır, əlini yelləyir və səslərə məna qatmaq üçün avtomatını göstərir. Pilot nəsə deyir, o,
qulaq asmağa ehtiyac duymur.

Pilot orta yaşlı, yekəqarın bir kişidir, ağ geyinib: şort, köynək və corab. Qəhvəyi ayaqqabıları və şəhər
adamlarına xas ağ dərisi var, narahat görünür. Bu, əsgəri maraqlandırmır. O, ingilis dilində sadə sözlərdən
istifadə edərək pilotdan nə istədiyini soruşur.

Kişi tələsə-tələsə cavab verir, izah edir ki, yolunu azıb, çox az benzini qalıb, əsgər üçün heç bir maraq
kəsb etməyən missioner məntəqəsinə gedir.

Sonra pilota təyyarənin qanadının kölgəsində əyləşə biləcəyini başa salır. Pilot gərək ki, ağ libası
haqqında düşündüyünə görə tərəddüd etsə də, əsgərə baxıb, ağır-ağır qanadın altına keçir, büzüşüb
dayanır.

Sonra əsgər telefonla zəng vuracağını başa salır, deyir ki, tərpənməyə, ya qaçmağa çalışsa, atəş açacaq.

Əsgər əvvəllər heç vaxt yığmadığı nömrəni yığır. Nömrəni yığarkən başa düşür ki, hara zəng vurduğunu
bilmir: “kənarda” olan Yellambi bazasına, yoxsa “içəridəki” başqa bir yerə.

Telefona cavab verilir, adını heç vaxt eşitmədiyi bir mayor danışır. O, vəziyyəti mayora başa salır.
Mayor hansı benzinin lazım olduğunu soruşur. Əsgər bir addım bayıra çıxır, məlumat alır və telefonla
danışmağa davam edir.

Dəstəyi asmamışdan əvvəl mayor soruşur ki, o, xəttin hansı tərəfindədir. “Kənarda”, – əsgər cavab verir.

Yük maşını gələnə qədər iki saat keçir. Maşını kapitan idarə edir. Qəribə də olsa, bu, əsgəri
təəccübləndirmir, lakin məyus edir, çünki “içəri” və “kənar” məsələsini aydınlaşdıra biləcəyinə ümid
edirdi. İndi bu mümkün olmayacaq.

Bir neçə kəlmə kəsilir. Kapitan və əsgər bir neçə silindr və əl nasosunu maşından endirirlər. Kapitan
əsgəri pilotla nəzakətsiz davrandığı üçün məzəmmət edir. O, rəsmi salam verir.

Əsgər maşının yük qapısını bağlayarkən kapitan və pilot söhbət edirlər – gərək ki, pilot nəsə sual verir,
lakin onun nə soruşduğunu və aldığı cavabı eşitmək mümkün deyil.

Kapitan maşını döndərir, yolun üstü ilə hərəkət edib əqrəb şəbəkəsini keçir və yavaş-yavaş gəldiyi yerə
qayıdır.

Pilot açıq kabinədən əl eləyir. Əsgər onun salamına cavab verib, yolun yanından yavaş-yavaş əl eləyir.
Pilot mühərriki işə salır, yolun üstü ilə hərəkət eləməyə başlayır, sonra dönür. Uçuşa hazırdır.

Bu anda əsgər başa düşür ki, bu adam “içəri”dən, yəni Birləşmiş Ştatlardan keçmək üzrə ola bilər. Bunun
qarşısını almaq onun vəzifəsidir. Əsgər əl eləyib kişini aşağı çağırmağa çalışır, lakin, görünür, o, başqa
işlərlə məşğuldur, ya da əl hərəkətini düzgün başa düşmür. Təyyarə isə sürətini artıraraq əsgərə doğru
gəlir. O, əlini yelləyə-yelləyə təyyarəyə tərəf qaçır.

“İçəri”nin nə olduğunu bilmək qeyri-mümkündür. Kapitandan soruşmaq olmazdı. Buna görə onu hərbi
məhkəməyə cəlb edə bilərdilər.

Əsgər yolun yanında dayanıb, kiçik təyyarə ona doğru gəlir, artıq yerdən aralanıb. O, avtomatını tuşlayıb
atəş açanda təyyarə yerdən altı fut aralanmışdı. Təyyarənin qanadları əvvəl azacıq sola, sonra sağa əyilir.
O, “qərb” kimi bilinən yerdə sol qanadı üstə aşır, diyirlənərək partlayır, qəfil alovlanır, ətrafını tüstü
bürüyür.

Yolun ortasında dayanan əsgər təyyarənin yanmağına tamaşa edir.

Onun beli və külüngü var, təyyarənin hissələrini bacardıqca yastılamağa çalışır, sındıra bildiyini sındırır.
Sonra təyyarənin qalıqlarını basdırmaq üçün quyu qazmağa başlayır. Yer sərtdir, əsasən qayalardan

77
   72   73   74   75   76   77   78   79   80   81   82