Page 80 - "Xəzər"
P. 80
O ki var daradılar
deyinə-deyinə,
söyə-söyə….
Təəccüblə, heyrətlə baxdım
sətirlərimə
gözlərimi döyə-döyə…
Qəbir daşıtək
kif atmış divar qatında
kobud dırnaqlarla
cızılmış sətirlər,
qanla yazılmış sətirlər
sirri-xuda kimi
yanıb-sönsəydi əgər,
onları oxuyan
peşəkar qatil belə
özünü alammazdı ələ.
Mərhəmət odunda
hiddətdən qaqqıldayardı,
çənəsi şaqqıldayardı…
Şükür ki,
Tanrıya şükür etmək
haqqı var insanların.
Kobud dırnaqlardan
divarlar ovula-ovula
hər sətirdən yuxala-yuxala
az qalır yıxıla…
…onların bulanıq yazılarından.
Amma
sonuncu narkoman
divarda təzə,
80
deyinə-deyinə,
söyə-söyə….
Təəccüblə, heyrətlə baxdım
sətirlərimə
gözlərimi döyə-döyə…
Qəbir daşıtək
kif atmış divar qatında
kobud dırnaqlarla
cızılmış sətirlər,
qanla yazılmış sətirlər
sirri-xuda kimi
yanıb-sönsəydi əgər,
onları oxuyan
peşəkar qatil belə
özünü alammazdı ələ.
Mərhəmət odunda
hiddətdən qaqqıldayardı,
çənəsi şaqqıldayardı…
Şükür ki,
Tanrıya şükür etmək
haqqı var insanların.
Kobud dırnaqlardan
divarlar ovula-ovula
hər sətirdən yuxala-yuxala
az qalır yıxıla…
…onların bulanıq yazılarından.
Amma
sonuncu narkoman
divarda təzə,
80